Bu gün, 13:48 66

20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY

20 Sentyabrı yalnız antiterror əməliyyatının ildönümü kimi deyil, Prezident İlham Əliyevin dövlətçilik strategiyasının mühüm nəticəsi kimi də qiymətləndirmək olar.

AVESTA.AZ xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, 2023-cü il 19-20 sentyabrda həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu:

"Əməliyyat nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi və Konstitusiya quruluşu tam bərpa edildi, uzun illər Azərbaycan ərazisində mövcud olmuş separatizmə və separatçı idarəçiliyə son qoyuldu. Bu tarixi nəticənin arxasında isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər ərzində həyata keçirdiyi məqsədyönlü və ardıcıl dövlət siyasəti dayanırdı. İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycan əvvəlcə iqtisadi və hərbi potensialını gücləndirdi, daha sonra 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Lakin dövlət başçısının müəyyən etdiyi strategiyanın əsas hədəflərindən biri Azərbaycanın bütün ərazisində suverenliyin təmin olunması idi. 2023-cü ilin sentyabrında bu məqsəd də reallaşdı".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasi qərarı ilə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri qısa müddətdə yerinə yetirdi və dövlət hakimiyyətinin bütün ərazidə bərpası təmin edildi:

"Prezidentin öz çıxışında da qeyd etdiyi kimi, əvvəlki addımların hər biri sonrakı mərhələnin məntiqi davamı olub. Bu prosesin siyasi nəticəsi separatçı qurumun fəaliyyətinin dayandırılması ilə də özünü göstərdi. Beləliklə, Azərbaycan ərazisində dövlət hakimiyyətinə alternativ qanunsuz idarəçilik modelinin mövcudluğu aradan qalxdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz milli maraqlarını, ərazi bütövlüyünü və suveren hüquqlarını praktiki olaraq təmin etmiş oldu".

V.Qafarov əlavə edib ki, 2020-ci il Zəfərindən 2023-cü ilədək atılan ardıcıl addımlar nəticəsində Azərbaycan əvvəlcə ərazi bütövlüyünü, daha sonra isə dövlət suverenliyini tam bərpa etdi:

"Bu, Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq və strateji məqsədlərinə çatmaq istiqamətində siyasi iradəsinin mühüm göstəricisidir. Bu gün əsas məsələ əldə edilmiş tarixi nəticələri qorumaq və onları davamlı inkişafla möhkəmləndirməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və həmin ərazilərin ölkənin vahid inkişaf məkanına inteqrasiyası Prezident İlham Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin növbəti mərhələləridir. 20 Sentyabrın əsas mesajı odur ki, suverenlik yalnız bərpa edilən tarixi nailiyyət deyil, hər gün qorunmalı və gələcək nəsillərə daha güclü dövlət şəklində ötürülməli milli sərvətdir".

Paylaş

Xəbər lenti

Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48 Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib Bu gün, 11:48 Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 11:48 Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub Bu gün, 11:48 Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin" Bu gün, 11:48 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib Bu gün, 11:48 Azərbaycanda ilk və yeganə kapibara ferması: "Nəsimi Bağları"nda daha nələr var? Bu gün, 10:48 Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq Bu gün, 10:48 Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik Bu gün, 10:48 Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? - SƏBƏB Bu gün, 10:48 "Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir" Bu gün, 10:48 Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb Bu gün, 10:48 Zibil konteynerləri niyə çatışmır? - Bakıda sakinlərin şikayətinə rəsmi cavab Bu gün, 10:48 Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb Bu gün, 09:48 Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası Bu gün, 09:48 Astarada ağır QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb Bu gün, 09:48 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər? Bu gün, 09:48 "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb Bu gün, 09:48 Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48 Beren Saatdan "Arsen Hanım"a vida… Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün, 00:48 "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir Bu gün, 00:48 Ərdoğan sabah ABŞ-yə səfər edəcək Dünən, 23:48 Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? Dünən, 23:48 XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi Dünən, 23:48 Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib Dünən, 23:48 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi Dünən, 23:48 Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb Dünən, 22:48 Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək Dünən, 22:48 Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir Dünən, 22:48 Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir Dünən, 22:48 ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib Dünən, 21:48 Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib Dünən, 21:48 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Dünən, 21:48 NYT: Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR