
Tovuzda iki gənc qızı avtomobil vurub.
AVESTA.AZ "Report"a istinadla xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb.
Belə ki, "Range Rover" markalı avtomobil 2010-cu il təvəllüdlü X.Ələkbərovanı və onun həmyaşıdı F.Nəsibovanı vurub.
İlkin məlumata əsasən, gənclərdən biri Tovuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.