
"Altı il əvvəl bizim igidlərimiz sıra ilə döyüşə getdilər. Bu gün sıra ilə bu məzarlıqda dəfn olunublar. Onlar döyüşə yollananda bir arzuları var idi: torpaqlarımızın işğaldan azad olunması. Canları, qanları bahasına olsa da buna nail oldular. 44 gün ərzində düşmənə ən ağır zərbələr vuraraq, onları yerlə-yeksan etdilər".
AVESTA.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında şəhid kapitan Vüqar Nəcəfovun atası Aydın Nəcəfov deyib.
O, bu gün qürurlu olduğunu bildirib:
"Altı il əvvəl bu xalq şəhidləri necə yad edirdisə, bu gün də həmin izdiham davam edir. Düz deyiblər ki, şəhidlər ölməz, Vətən bölünməz. Allah ordumuzu, xalqımızı qorusun.
Oğlum şəhid olanda 32 yaşı var idi. Evli idi, iki övladı var. Övladları da bu gün atalarının adlarına layiq böyüyürlər", - şəhid atası əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.