
Bakıda qətl hadisəsi olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Məmmədli qəsəbəsində baş verib.
48 yaşlı Mədinə Hüseynqulu qızı Soltanova yaşadıqları evdə qətlə yetirilib.
Onun həyat yoldaşı tərəfindən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı öldürüldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.