
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Ferhat Gündoğdu və komitənin daha 6 üzvü saxlanılıb.
AVESTA.AZ xəbər verir ki, onlar hakimlərlə bağlı aparılan araşdırma çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Məlumata görə, araşdırma Türkiyə futbolunda hakimliklə bağlı məsələləri əhatə edir. Hadisənin digər detalları hələlik açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.