
Xəzər dənizində çimənlər üçün təhlükəli hesab olunan bir sıra ərazilərin adları açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəsmisi Akşin Əlili məlumat verib.
Onun sözlərinə görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsində 12-ci dalan, Binəqədi rayonunun Novxanı qəsəbəsində Sarıqaya və Mərdəkan-Şüvəlan ərazisində yerləşən Mil qaya riskli sahələr sırasında yer alır:
"Həmin ərazilərdə mürəkkəb relyef, güclü axın və dərinliyin qeyri-müəyyən olması batma təhlükəsini artırır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.