Bu gün, 08:48 78

Leyla Əliyeva Romada

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların təmsilçiləri, din xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunub.

Təqdimatda çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək deyib: "Harmoniya" sənədli filmi bizi müxtəlifliyin dünyagörüşümüzü necə zənginləşdirə və insanları bir-birinə necə yaxınlaşdıra biləcəyi haqqında düşünməyə dəvət edir. Bu gün təqdim olunan film eyni Vətəni - Azərbaycanı paylaşan müxtəlif dini ənənələrə mənsub üç gənc qadının hekayəsindən bəhs edir. Film onların gündəlik həyatı vasitəsilə sadə, lakin dərin bir mesaj ötürür: Dini fərqliliklər insanlar arasında məsafə yaratmamalıdır".

İslamın, xristianlığın və yəhudiliyin ölkəmizdə dərin köklərə malik olduğunu diqqətə çatdıran səfir deyib: "Məscidlər, kilsələr və çoxsaylı sinaqoqlar yalnız bu müxtəlifliyin abidələri deyil. Onlar birgəyaşayışın canlı ənənəsinin bir hissəsidir. Bu tarixi ənənə dini azadlığa hörmət, mədəni və dini irsin qorunması, həmçinin dinlərarası dialoqun dəstəklənməsinə əsaslanan ardıcıl dövlət siyasəti vasitəsilə qorunub saxlanılıb və möhkəmləndirilib".

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın müraciətini qonaqlara oxuyub. Müraciətdə kardinal "Harmoniya" sənədli filminin multikulturalizm və qarşılıqlı hörmətlə səciyyələnən kontekst daxilində Azərbaycanda müxtəlif dini ənənələrin nümayəndələri arasında birgəyaşayış təcrübəsini təqdim etdiyini bildirir. Qeyd olunub ki, filmin elə adı da bizə vacib bir məqamı xatırladır: "harmoniya fərqliliklərimizi silməyi tələb etmir, əksinə, o, bizi bu fərqlilikləri hörmət, dialoq və qardaşlıq ruhunda yaşamağı öyrənməyə səsləyir".

Müraciətdə, həmçinin deyilir: "Dinlərarası dialoq yalnız bəyanatlar və ya rəsmi görüşlər səviyyəsində qala bilməz. O, eyni zamanda, münasibətlərdə, təhsildə, mədəniyyətdə və müxtəlif inanclara mənsub insanların yan-yana yaşamaq tərzində əksini tapır. İncəsənət və kino bu baxımdan xüsusi töhfə verə bilər. Onlar birgəyaşayış haqqında nitqlərdən kənara çıxmağa, dini kimlikləri bir-biri ilə görüşməyə, hörmət etməyə və cəmiyyətə birgə töhfə verməyə mane olmayan insanların üzlərini görməyə, səslərini eşitməyə və konkret təcrübələrini kəşf etməyə imkan yaradır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan xalqı multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq mədəniyyətini təbii olaraq formalaşdırmış və bunu nəsildən-nəslə ötürmüşdür. O, bu gün Azərbaycanın hər yerində müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşayıb-yaratdığını bildirib.

Komitə sədri "Harmoniya" sənədli filminin Azərbaycan torpağından bütün bəşəriyyətə göndərilən mühüm mənəvi mesaj olduğunu vurğulayaraq deyib: "Ölkəmizin müxtəlif müqəddəs ziyarətgahlarında və bölgələrində çəkilmiş film müxtəlif dinlərə mənsub üç qadının gündəlik həyatı, ailə dəyərləri və sarsılmaz dostluğu vasitəsilə Azərbaycanın həqiqi reallığını əks etdirir".

Qeyd edək ki, ekran əsəri beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.

Sonra "Harmoniya" filmi nümayiş etdirilib.

Paylaş

Xəbər lenti

Putin Rus ordusunun şəxsi heyət sayını artırdı – 2,44 milyon nəfərə çatdı Bu gün, 11:48 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı Bu gün, 11:48 "İstanbullu Gelin"dəki hadisə gerçək oldu - Aslı Enver Praqaya köçür Bu gün, 11:48 FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA Bu gün, 11:48 Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi Bu gün, 11:48 Bu il subasma zonasından təxliyə olunan vətəndaşların sayı açıqlandı Bu gün, 11:48 Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş... Bu gün, 11:48 Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilər - SİYAHI Bu gün, 11:48 "Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu Bu gün, 11:48 150 min manatdan çox vəsait belə yoxa çıxıb: Lənkəranda şübhəli saxlanıldı Bu gün, 11:48 Azərbaycanın tanınmış iqtisadçı-eksperti vəfat etdi Bu gün, 11:48 Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT Bu gün, 10:48 Ançelotti tənqidlərə cavab verdi: "Bu, gələcəklə bağlı düşüncələrimi dəyişmir" Bu gün, 10:48 Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib Bu gün, 10:48 At arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb Bu gün, 10:48 Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib Bu gün, 10:48 Samir Bağırov bu səbəbdən depressiyaya düşüb Bu gün, 10:48 Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır Bu gün, 10:48 Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO Bu gün, 10:48 "Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər Bu gün, 10:48 Yankoviç İrəvanda Ermənistan yığmasına qarşı Bu gün, 10:48 Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı Bu gün, 10:48 Xamenei: İran xalqı Hörmüz boğazını qorumaqda qərarlıdır Bu gün, 09:48 Sabirabadda qadın piyadanı avtomobil vurub öldürdü Bu gün, 09:48 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü - TƏFƏRRÜAT Bu gün, 09:48 Bakının bu rayonunda işıq olmayacaq Bu gün, 09:48 Manatın məzənnəsi ilə bağlı vacib açıqlama - Növbəti ildə... Bu gün, 09:48 "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək Bu gün, 09:48 Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA Bu gün, 09:48 UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub Bu gün, 08:48 Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI Bu gün, 08:48 Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib Bu gün, 08:48 Bakıda 17 istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ Bu gün, 08:48 Azərbaycan Alban-Udi İcmasının nümayəndələri Xudavəng Monastırında Bu gün, 08:48 Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb Bu gün, 00:48 Əməkdar artistdən ETİRAF: "Mənim öz həyatım yoxdur" Bu gün, 00:48 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı Dünən, 23:48 Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib Dünən, 23:48 Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb Dünən, 23:48 Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub Dünən, 23:48 "Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib Dünən, 22:48 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB Dünən, 22:48 Virusoloq qripdən qorunmaq üçün vacib tövsiyələr verdi Dünən, 22:48 İcra başçısı məmuru qəbiristanlıqda danladı: "Camaatın ağzından vurmayın" Dünən, 22:48 Ağbulaq kəndinin tarixi və əhalisi ilə bağlı məlumatlar sənədləşdirilib Dünən, 22:48 Bir zamanlar Cənubi Qafqazda yaşayan Binəqədi kərgədanının görüntüləri Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR