29-09-2026, 14:48 165

Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı

Gəncə şəhərində kişi keçmiş arvadını bıçaqlayıb.

AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 yaşayış massivində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün, 1976-cı il təvəllüdlü Malik Məmmədov (soyad şərtidir) 2004-cü ildə Fəxriyyə adlı xanımla ailə həyatı qurub. Cütlüyün birgə nikahdan 3 övladı olub və onlar 2015-ci ildə boşanıblar. Bundan sonra ər və arvad ayrı-ayrı ünvanlarda yaşayıblar.

Bir müddət əvvəl Malik spirtli içki qəbul edərək Fəxriyyə ilə görüşüb və onun yaşadığı evə gedib. Evdə qısqanclığa görə onların arasında mübahisə başlayıb və mübahisə davaya çevrilib. Dava zamanı Malik evdən çəkici götürərək qadının başına vurub. Hadisə nəticəsində qadın baş nahiyəsindən ciddi xəsarətlər alıb.

Xəstəxanadan evə qayıdan qadın bir neçə gün sonra yenidən Malikin hücumuna məruz qalıb. Gecə saatlarında Malik Fəxriyyənin evinə gələrək, yataq otağının pəncərəsindən evə daxil olub. Səsə Fəxriyyə yuxudan oyanıb və ondan təcili evi tərk etməsini istəyib. Malik üzərində gəzdirdiyi bıçaqla qadına zərbələr endirib. Fəxriyyənin qışqırığından sonra qonşular hadisə yerinə gəliblər. Malik hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Malik Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Məmmədov 4 il 6 ay azadlıqdan məhrum edilib.

Paylaş

Xəbər lenti

Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb Bu gün, 13:48 Samuxda dəhşətli qəza - Sürücü öldü, sərnişin ağır yaralandı Bu gün, 13:48 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı Bu gün, 13:48 Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir Bu gün, 13:48 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar Bu gün, 13:48 Arıqlama iynələrini qəfil dayandıran iki nəfər psixoz səbəbindən xəstəxanaya yerləşdirilib Bu gün, 13:48 "Human" 2026-cı ilin sözü seçildi: Süni intellekt insan anlayışını dəyişir Bu gün, 13:48 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi Bu gün, 12:48 Bəzi cərimələr 150 faiz artılır Bu gün, 12:48 Toy üçün qızl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Qiymətlər ucuzlaşdı... Bu gün, 12:48 Azərbaycan-Almaniya universiteti yaradıla bilər Bu gün, 12:48 8 Noyabr prospektində işlər başa çatır Bu gün, 12:48 Restoran və kafelərə vergi güzəşti ediləcək - Yeni qərar Bu gün, 12:48 Evini kirayə verənlər üçün yeni qayda - Vergidə güzəşt olacaq Bu gün, 12:48 Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu Bu gün, 12:48 Taksi sürücüləri üçün vergi qaydası dəyişir Bu gün, 12:48 Gözəlləşmək üçün Amerikadan Türkiyəyə gedən fenomenin SON HALI Bu gün, 12:48 Naxçıvana yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir Bu gün, 12:48 Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi Bu gün, 12:48 Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb Bu gün, 11:48 BAKU TV RU-nun beş yaşı tamam olur Bu gün, 11:48 Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası Bu gün, 11:48 Putin və Si Cinpin görüşüb Bu gün, 11:48 Rumıniyada 5,3 maqnitudalı zəlzələ baş verib: İstanbulda da hiss olunub Bu gün, 11:48 Rəşid Mahmudov: "37 ildir çörək yemirəm" Bu gün, 11:48 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib Bu gün, 11:48 "İrşad"da yeni missiya başlayır: Yaşıl Cümə! Bu gün, 11:48 Ceyhun Bayramov: Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır Bu gün, 11:48 Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb Bu gün, 11:48 "Qara cümə" yaxınlaşır: "Mağaza qiyməti 200 manata qaldırır, sonra 50% endirim elan edir" Bu gün, 11:48 Ramin Məmmədov: Dünyada baş verən hadisələr Azərbaycanın doğru yolda olduğuna tam əminlik yaradır Bu gün, 11:48 Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub Bu gün, 11:48 Meyitxanada şok hadisə - Öldü bilinən kişi ayılıb siqaret istədi Bu gün, 11:48 Mərdəkanda yataqxanada yanğın olub Bu gün, 10:48 Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər Bu gün, 10:48 Ögey qardaşı tərəfindən öldürüldüyü iddia olunan Gülarənin qətli ilə bağlı yeni detallar Bu gün, 10:48 Bakının bu ərazisində hərəkət rahatlaşdı - Yeni işıqforlar quraşdırıldı Bu gün, 10:48 Ceyhun Bayramov ilə Yohan Vadeful arasında təkbətək görüş başlayıb Bu gün, 10:48 Nəvai həbsdən sonra qiymətini qaldırdı - Konserti 6 milyona, donuz ətinə görə cərimə isə 1 MİLYONA Bu gün, 10:48 22 illik həyat yoldaşından danışan müğənni: "Evlilik təklifi etmədi" Bu gün, 10:48 Qobustanda top mərmisi tapılıb Bu gün, 10:48 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi Bu gün, 09:48 Dünya bazarında neftin qiyməti ucuzlaşıb Bu gün, 09:48 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq Bu gün, 09:48 Elçin Əmirbəyov Çində mühüm müzakirələr aparıb Bu gün, 09:48 "Nə? Harada? Nə zaman?"ın ulduzu Rövşən Əsgərovla bağlı cinayət işi Rusiya məhkəməsində araşdırılacaq Bu gün, 09:48 Yadplanetlilər həqiqətən Yerə gəlib? Bu gün, 09:48 Ramiz Mehdiyev hökmdən narazıdır - Daha yüngül cəza istəyir Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR