
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur.
Faktla bağlı araşdırmalar aparılır.
***08:08
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, onlardan 7-si azyaşlıdır.
Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
***09.30.2026,23:41
Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, toy mərasimində iştirak edən 13 nəfər qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.