
Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.
Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.
Qəza nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin Həşimov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.