Dünən, 10:48 73

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

BAKU.WS xəbər verir ki, mətni Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz!

Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.

AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir.

Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir.

Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır.

Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir.

Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir.

Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir.

Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir.

Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıram".

***10:15

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

BAKU.WS xəbər verir ki, mətni Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Paylaş

Xəbər lenti

İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Bu gün, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Bu gün, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Bu gün, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Bu gün, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Bu gün, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Bu gün, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Bu gün, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Bu gün, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Bu gün, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Bu gün, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Bu gün, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Bu gün, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Bu gün, 18:48 Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda! Bu gün, 18:48 Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ Bu gün, 18:48 Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" Bu gün, 18:48 Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub Bu gün, 18:48 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var? Bu gün, 17:48 Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq" Bu gün, 17:48 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi Bu gün, 17:48 İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir Bu gün, 17:48 Pol Aron: "Azərbaycanlı azarkeşlər çox səmimi və xüsusidir" Bu gün, 17:48 Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Bu gün, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Bu gün, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Bu gün, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Bu gün, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Bu gün, 16:48 Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib Bu gün, 16:48 Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgiləri başa çatıb Bu gün, 16:48 Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir Bu gün, 16:48 Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA Bu gün, 15:48 Zəngilanda ilk dəfə "Qarabağa Qayıdış – İlk Texnika Festivalı" keçirilib Bu gün, 15:48 Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi Bu gün, 15:48 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb Bu gün, 15:48 Binəqədi şosesində yol ikizolaqlı oldu Bu gün, 15:48 Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri: hansı imkanlar var? – ƏTRAFLI Bu gün, 15:48 Pensiya və müavinət artımı ilə bağlı deputatdan paylaşım Bu gün, 14:48 Bakıda qarajdan meyit tapıldı Bu gün, 14:48 DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb Bu gün, 14:48 Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı" Bu gün, 14:48 Nazir kombayn sürdü Bu gün, 14:48 Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT Bu gün, 14:48 Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı Bu gün, 14:48 Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR