1-10-2026, 11:48 214

ARDNF

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və qlobal investisiya şirkəti olan "Brookfield" Azərbaycan, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda investisiya imkanlarının birgə araşdırılması məqsədilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

AVESTA.AZ bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, tərəfdaşlıq "Brookfield"in qlobal investisiya və əməliyyat təcrübəsi ilə ARDNF-nin region üzrə dərin ekspertizasını və geniş institusional əlaqələrini bir araya gətirəcək. Əməkdaşlıq çərçivəsində tərəflər enerji və özəl kapital başda olmaqla müxtəlif sahələrdə perspektivli investisiya imkanlarını araşdıracaq, eyni zamanda qlobal institusional investorların regionda investisiya imkanlarına çıxışının genişləndirilməsinə töhfə verəcəklər. Tərəfdaşlıq "Brookfield"in Azərbaycanda fəaliyyət imkanlarının və əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Əməkdaşlığın növbəti mərhələlərində digər beynəlxalq institusional investorların da cəlb olunması və bununla investisiyaların daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur.

"Brookfield Asset Management"in baş icraçı direktoru Konnor Teski bildirib: "Artan enerji tələbatı, zəngin resurslar və qlobal kapitalın cəlb olunmasına verilən önəm Azərbaycan və bütövlükdə region üçün əhəmiyyətli və uzunmüddətli investisiya imkanları yaradır. ARDNF ilə uzun illər ərzində formalaşmış əməkdaşlıq münasibətlərimiz mövcuddur və bu tərəfdaşlıq həmin möhkəm təməllər üzərində qurulur. Birgə imkanlarımızdan istifadə etməklə yüksək keyfiyyətli investisiya imkanlarını müəyyənləşdirməyi və regiona əlavə institusional kapitalın cəlb olunmasına töhfə verməyi hədəfləyirik".

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib: "Brookfield" ilə qurulan bu tərəfdaşlıq aparıcı qlobal investorlarla əməkdaşlığın daha da dərinləşdirilməsi və regiona uzunmüddətli institusional kapitalın cəlb olunması istiqamətində yanaşmamızı əks etdirir. "Brookfield"in geniş investisiya və əməliyyat təcrübəsini nəzərə alaraq, regionun davamlı iqtisadi inkişafına töhfə verə biləcək investisiya imkanlarının birgə müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üçün əhəmiyyətli potensial görürük."

"Brookfield" idarəetməsində 1 trilyon ABŞ dollarından çox aktiv olan aparıcı qlobal investisiya şirkətidir. Şirkət qlobal iqtisadiyyatın əsasını təşkil edən real aktivlərə və mühüm xidmət sahələrində fəaliyyət göstərən bizneslərə investisiya yatırır, eləcə də onların idarə olunmasını həyata keçirir"Brookfield" dünyanın müxtəlif ölkələrində institusional və fərdi investorlar adından infrastruktur, enerji, özəl kapital, daşınmaz əmlak və kredit sahələrinə sərmayə yatırır. Bu istiqamətlər iqtisadi artımın və məhsuldarlığın təmin olunmasında mühüm rol oynayır.

Bir əsrdən artıq tarixə malik olan və 30-dan çox ölkədə fəaliyyət göstərən "Brookfield" uzunmüddətli investisiya yanaşması əsasında müasir iqtisadiyyatın dayanıqlı inkişafı və qarşılıqlı əlaqələrinin gücləndirilməsi üçün əhəmiyyət daşıyan aktiv və bizneslərin inkişafına sərmayə qoyur. Şirkət bu yanaşma ilə müştəriləri üçün uzunmüddətli dəyər yaratmağa və səhmdarları üçün risklər nəzərə alınmaqla yüksək gəlirlilik təmin etməyə çalışır.

1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 72 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

Paylaş

Xəbər lenti

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi Bu gün, 00:48 TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ Dünən, 23:48 Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI Dünən, 23:48 Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI Dünən, 23:48 Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu Dünən, 22:48 Hər zaman öz bildiyini edən BÜRCLƏR – Heç kimin sözünə baxmırlar Dünən, 22:48 ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı Dünən, 22:48 İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Dünən, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Dünən, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Dünən, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Dünən, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Dünən, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Dünən, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Dünən, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Dünən, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Dünən, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Dünən, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Dünən, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Dünən, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Dünən, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Dünən, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Dünən, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Dünən, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Dünən, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Dünən, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Dünən, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Dünən, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Dünən, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Dünən, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Dünən, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Dünən, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Dünən, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Dünən, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Dünən, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Dünən, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Dünən, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Dünən, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Dünən, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Dünən, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Dünən, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Dünən, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Dünən, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Dünən, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Dünən, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Dünən, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Dünən, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Dünən, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR