
Bakıda 27 yaşlı şəxsin meyiti tapılıb.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 30-u saat 12 radələrində Yasamal rayonu Mustafa Sübhi küçəsində baş verib.
"Sovetski" adlanan ərazidə ölən şəxsin Hacıqabul rayon sakini 1999-cı il təvəllüdlü Mirzə Rzayev olması müəyyənləşib.
Onun üzərində zorakılıq izi aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.