
Ağstafada məktəb müəllimləri arasında əlbəyaxa dava baş verib. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova həmkarı Sevinc Əhmədova ilə aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirildiyini iddia edib.
"Sistemdə 25 şagird görünür, amma onlardan yalnız beşini tanıyırıq. Bu uşaqların araşdırılmasını tələb etdim. Daha sonra gördüm ki, Sevinc Əhmədova məni telefonla çəkir. Yaxınlaşanda aramızda mübahisə yarandı", - deyə müəllim bildirib.
P.Məmmədova iddia edib ki, mübahisə zamanı həmkarı onu hədələyib və telefonuna zərər vurub: "Telefonumu başıma vurmaq istədi. Əlimlə özümü qoruyanda telefon əlimin üstündə qırıldı. Sonra telefonu direktorun qapısına vurdu".
Hadisənin şagirdlərin gözü qarşısında baş verdiyi bildirilir.
"Şagirdin gözünün qabağında müəllimi döyüblər. Uşaq travma alıb, dünəndən ağlayır", - deyə valideyn narazılığını dilə gətirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.