Bu gün, 19:48 66

Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb

Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib.

Bəzi sosial media səhifələrində Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılmışdır.

Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılmış, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilmişdir.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilmişdir.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Paylaş

Xəbər lenti

Bakının ən bahalı ünvanları: Şok qiymətlər Bu gün, 20:48 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır Bu gün, 20:48 İran neft bazarında şok: Tankerlər boş qaldı Bu gün, 20:48 Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? Bu gün, 20:48 Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ Bu gün, 20:48 Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib Bu gün, 20:48 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Bu gün, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Bu gün, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Bu gün, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Bu gün, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Bu gün, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Bu gün, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Bu gün, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 18:48 Bu deputatın mandatı ləğv edildi Bu gün, 18:48 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" Bu gün, 18:48 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Bu gün, 18:48 Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB Bu gün, 18:48 Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Bu gün, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Bu gün, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Bu gün, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Bu gün, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Bu gün, 17:48 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır Bu gün, 17:48 Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Bu gün, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Bu gün, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Bu gün, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Bu gün, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Bu gün, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Öskürək zamanı bu iki qidadan uzaq durmaq tövsiyə olunur Bu gün, 16:48 Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 16:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib Bu gün, 16:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Sentyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 "Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir Bu gün, 15:48 Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan və Yunanıstan turizm sahəsində 3 illik fəaliyyət planı imzalayıb Bu gün, 15:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Bu gün, 15:48 Yaşar Gülər: Sülhü qorumaq üçün müharibəyə hazır olmalıyıq Bu gün, 15:48 57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək Bu gün, 15:48 Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da Bu gün, 15:48 Yeniyetmə oğlan infarktdan öldü Bu gün, 14:49 Sabah Azərbaycanda leysan yağacaq Bu gün, 14:49 Sabah Bakının bu rayonunda su kəsiləcək Bu gün, 14:49 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir Bu gün, 14:49 Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər Bu gün, 14:49 Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR