
Gəncədə avtomobilin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Ramal Xuşacarxın idarə etdiyi avtomobil aşıb. Nəticədə sürücü və avtomobildə olan bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.