
Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində qeydə alınıb.
Manaf Yaqub oğlu Qurbanovun idarə etdiyi VAZ-2107 markalı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan Aqşin Vilayət oğlu Abdullayevin idarə etdiyi "Mercedes E-Class"la toqquşub.
Nəticədə Mənaf Qurbanov aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.