
Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf etməkdə davam edir.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bəyan edib.
Onun sözlərinə görə, İrana qarşı sanksiyalar iqtisadi və işgüzar nöqteyi-nəzərdən Azərbaycan üçün ciddi çətinliklər yaradır, təkcə İrana deyil, həm də Azərbaycana və digər qonşu ölkələrə mənfi təsir göstərir.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan xarici siyasətdə suverenlik, müstəqillik və strateji muxtariyyət prinsiplərini rəhbər tutur.
"Bizim üçün bu, strateji aktivdir və biz müstəqilliyin əldə edilməsi və suverenliyin qorunub saxlanması üçün böyük bədəl ödəmişik", - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın digər dövlətlərlə münasibətləri şəffaflıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulur.
"Prinsiplər prinsip olaraq qalır. Biz beynəlxalq hüququn aşınmasını görürük, lakin buna baxmayaraq, Azərbaycan dövlətlərarası münasibətlərdə öz prinsiplərinə və yanaşmalarına sadiq qalmağa davam edir", - prezidentin köməkçisi bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.