
"Survivor" yarışması ilə tanınan və uzun müddətdir proqramın aparıcısı olan Murad Ceylan xarici görünüşündəki dəyişikliklə gündəm olub.
BAKU.WS xəbər verir ki, illər əvvəlki və indiki fotoları müqayisə olunan məşhur simanın görünüşü tənqid edilib.
Yarışma dövründə qısa saçları və saqqallı imici ilə yadda qalan Ceylan son illərdə fərqli üsluba üstünlük verir.
Saç stili, geyim seçimlərinə qədər köklü dəyişikliklər edən aparıcının sosial mediada müzakirə olunan fotoları bəyənilməyib.
O, ünvanlanan şərhlərə "Mən yenə eyni insanam" sözləri ilə qarşılıq verib.
Xarici görünüşündəki bu fərqliliyin səbəblərinə də aydınlıq gətirən Murad Ceylan klip çəkilişləri üçün obraz yaratdığını bildirib.
Həmin dövrdə canlandırdığı obraza görə bədənindəki yağ nisbətini azaltdığını və xeyli arıqladığını qeyd edib.
Hazırkı çəkisinin həmin dövrdəkindən 4 kiloqram daha çox olduğunu dilə gətirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.