2-10-2026, 14:48 249

Texnologiyada qadın gücü: Bir

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakçı üçün intensiv təlimlər başlayıb.

Proqrama qısa müddətdə 1012 müraciət daxil olub. Çoxmərhələli seçim prosesinin ilkin mərhələsində 652 namizəd texniki testdən keçib. Test nəticələrinə əsasən 103 namizəd müsahibəyə dəvət olunub. Yekunda isə 66 qadın proqramın iştirakçısı seçilib.

Seçilən iştirakçılar layihənin davamında "Kibertəhlükəsizlik", "Frontend developer", "Data elmi", "IT əməliyyatları və texniki dəstək", "Backend developer" "Mobil tətbiqlərin hazırlanması", "UX/UI dizaynı", "IT biznes analizi", "Keyfiyyətə nəzarət və test", "IT idarəetməsi", "DevOps və bulud texnologiyaları" kimi istiqamətlər üzrə intensiv təlimlərə cəlb olunublar.

Layihə çərçivəsində proqram iştirakçıları Bir ekosisteminin rəhbər heyəti və müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssislərlə görüşüblər. Görüşdə Bir ekosisteminin rəhbəri Fərid Hüseynov, Ödənişlər biznesinin rəhbəri Calal Orucov, Təşkilati inkişaf və HR texnologiyaları departamentinin direktoru Aygün Musayeva iştirak ediblər. Görüş zamanı mütəxəssislər peşəkar təcrübələrini iştirakçılarla bölüşüb və texnologiya sahəsində karyera qurmaqla bağlı praktiki tövsiyələr veriblər.

Bir ekosisteminin rəhbəri Fərid Hüseynov layihədən gözləntilərini iştirakçılarla bölüşüb:

"Texnologiyanın sürətli inkişafı yeni imkanlar yaratmaqla yanaşı, bu imkanlardan yararlana biləcək istedadlara və yeni bacarıqlara olan ehtiyacı da artırır. Bizim üçün "Ctrl is hers" qadınların texnologiya sahəsində öz potensialını reallaşdırması üçün belə bir mühit yaratmaq baxımından önəmlidir. İstəyirik ki, siz burada bilik əldə etməklə yanaşı, texnologiyanın real biznes mühitində necə tətbiq olunduğunu da görə, peşəkarlarla ünsiyyətdə ola və öz karyera yollunuza daha inamla, daha güclü davam edəsiniz. İnanıram ki, bu proqramı qadınların şəxsi inkişafına dəstək olmaqla yanaşı, əmək bazarında texnoloji potensialı olan peşəkarların artmasına da dəstək olacaq".

Qeyd edək ki, təlimlər nəzəri biliklərlə məhdudlaşmır. Layihənin davamında iştirakçılar Bir ekosisteminin müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssisləri ilə birbaşa ünsiyyət quracaq, real iş mühiti ilə tanış olacaq, həmçinin əldə etdikləri bilikləri təcrübə etmək imkanı qazanacaqlar.

Layihənin sonunda iştirakçıların inkişafı qiymətləndiriləcək. Proqramın nəticələrinə uyğun olaraq iştirakçılar üçün Bir ekosistemində təcrübə proqramlarında iştirak və karyera imkanları nəzərdə tutulur.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az

Paylaş

Xəbər lenti

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi Bu gün, 00:48 TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ Dünən, 23:48 Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI Dünən, 23:48 Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI Dünən, 23:48 Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu Dünən, 22:48 Hər zaman öz bildiyini edən BÜRCLƏR – Heç kimin sözünə baxmırlar Dünən, 22:48 ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı Dünən, 22:48 İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Dünən, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Dünən, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Dünən, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Dünən, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Dünən, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Dünən, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Dünən, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Dünən, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Dünən, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Dünən, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Dünən, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Dünən, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Dünən, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Dünən, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Dünən, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Dünən, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Dünən, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Dünən, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Dünən, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Dünən, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Dünən, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Dünən, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Dünən, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Dünən, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Dünən, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Dünən, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Dünən, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Dünən, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Dünən, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Dünən, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Dünən, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Dünən, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Dünən, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Dünən, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Dünən, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Dünən, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Dünən, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Dünən, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Dünən, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Dünən, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR