
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunun Fətəlikənd kəndində pambıq yığım prosesində iştirak edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazir kombaynın sükanı arxasına keçərək pambıq yığıb, sahədə çalışan mexanizator Yasin Zəhəddinovla söhbət edib.
M.Məmmədov mexanizatorun fəaliyyəti və pambıq yığımının gedişi ilə maraqlanıb.
10 ildir kombayn idarə edən Yasin Zəhəddinov iş təcrübəsi barədə nazirə məlumat verib və müasir kənd təsərrüfatı texnikalarının pambıq yığımında yaratdığı imkanlardan danışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.