
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib.
Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb.
"Avropa indicə özünün böyük ehtiyatlarından nəhəng həcmdə dizel yanacağını bazara çıxarmağa razılıq verdi. Bu prosesə dərhal başlanacaq", - deyə Tramp paylaşımında bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.