Bu gün, 10:48 118

Elçin Əmirbəyov:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Bern şəhərində İsveçrə Federal Xarici İşlər Departamentinin dövlət katibi Aleksandr Fazel, Milli Təhlükəsizlik müşaviri Qabriel Lüxinger, Parlamentin Beynəlxalq Münasibətlər Katibliyinin rəhbəri Klaudio Fişer və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) rəhbər nümayəndələri ilə görüşlər keçirib.

BAKU.WS xəbər verir ki, görüşlərdə Azərbaycan-İsveçrə münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, regional təhlükəsizlik və nəqliyyat bağlantıları, eləcə də humanitar minatəmizləmə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Dövlət katibi Aleksandr Fazel ilə görüşdə son dövrdə həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə Birgə İqtisadi Komissiyanın keçən ay Berndə keçirilmiş iclasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi təkan qeyd edilib. Sənaye, yaşıl enerji, rəqəmsal texnologiyalar, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əlaqələrin genişləndirilməsi, İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyətinin, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində daha fəal iştirakının təşviq edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd edilməsi, habelə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi imkanları nəzərdən keçirilib.

Elçin Əmirbəyov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin hazırkı mərhələsi və əldə olunmuş praktiki nəticələr barədə məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Qarşılıqlı etimadın möhkəmləndirilməsinin, iqtisadi və ticarət əlaqələrinin inkişafının, habelə vətəndaş cəmiyyətləri arasında təmasların sülhün faydalarının hər iki ölkənin əhalisinə çatdırılmasında mühüm rol oynadığı vurğulanıb. Davamlı sülhün təmin edilməsi və sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin zəruri hesab etdiyi addımlar barədə qarşı tərəfə ölkəmizin mövqeyi çatdırılıb. Qeyd edilib ki, sülh sazişinin müddəaları ilə Ermənistanın hazırkı Konstitusiyası arasında mövcud hüquqi uyğunsuzluğun aradan qaldırılması sülh prosesinin dönməzliyinin təmin edilməsi və hazırda formalaşmış de-fakto sülhün davamlılığının təmin olunması baxımından zəruri və qaçılmazdır.

Regional bağlantılar kontekstində Orta Dəhlizin inkişafı, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpasını təmin edəcək Zəngəzur dəhlizinin, habelə onun tərkib hissəsi olan TRIPP layihəsinin həyata keçirilməsinin regional əməkdaşlığın genişləndirilməsinə və sülhün möhkəmləndirilməsinə verə biləcəyi töhfələr müzakirə olunub.

İsveçrənin Milli təhlükəsizlik müşaviri Qabriel Lüxinger ilə görüşdə Avrasiya regionunda davam edən hərbi münaqişələrin sülh yolu ilə mümkün həlli imkanları barədə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə İsveçrə arasında təhlükəsizlik sahəsində təmasların genişləndirilməsi, o cümlədən kibertəhlükəsizlik, hibrid təhdidlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.

Parlament Katibliyinin rəhbəri Klaudio Fişer ilə görüşdə Elçin Əmirbəyov parlamentlərarası təmasların intensivləşdirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin xalqlarımız arasında əlaqələrin inkişafına verə biləcəyi töhfəni xüsusi vurğulayıb.

Səfər çərçivəsində Azərbaycanda mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükə, onların keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına və bərpa-quruculuq işlərinə mənfi təsiri barədə məlumat verilib. İsveçrə tərəfi humanitar minatəmizləmə sahəsində dəstək imkanlarını, o cümlədən Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi vasitəsilə mümkün layihələri nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində keçirilmiş görüşdə sözügedən qurumla Azərbaycandakı ali təhsil müəssisələri və beyin mərkəzləri arasında qarşılıqlı maraq doğuran tədqiqat və təlim proqramları üzrə əməkdaşlığın davam etdirilməsi imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, həmçinin İsveçrənin nüfuzlu həftəlik nəşri "Die Weltwoche"yə müsahibə verib.

Paylaş

Xəbər lenti

ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib Bu gün, 11:48 Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk Bu gün, 11:48 İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Ferhat Gündoğdu da həbs edildi Bu gün, 11:48 Əhmədlidə yanan köşkdən meyit tapıldı Bu gün, 11:48 XİN: Azərbaycan qardaş dövlətlərlə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir Bu gün, 10:48 Avtobus palçıqlı yolda batdı Bu gün, 10:48 lkin Namazov vəzifəsindən azad edildi Bu gün, 10:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib Bu gün, 10:48 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür Bu gün, 10:48 Elçin Əmirbəyov: "Sülh sazişiylə cari Ermənistan Konstitusiyası arasında mövcud uyğunsuzluğun aradan qaldırılması prosesin təminatı üçün qaçılmazdır" Bu gün, 10:48 "Turan Tovuz" 32 ildən sonra "Fənərbağça" ilə üz-üzə gələcək Bu gün, 09:48 Şahdağa qar yağır Bu gün, 09:48 Masazırda yolları su basıb Bu gün, 09:48 Tovuzda dəhşətli hadisə: Qadın yanıb öldü Bu gün, 09:48 Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib Bu gün, 00:48 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? Dünən, 23:48 Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır Dünən, 23:48 Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub Dünən, 23:48 "Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər Dünən, 23:48 Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib Dünən, 23:48 İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Dünən, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Dünən, 22:48 Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb Dünən, 22:48 Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı Dünən, 22:48 Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı Dünən, 22:48 "OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Dünən, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Dünən, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Dünən, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Dünən, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Dünən, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Dünən, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Dünən, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Dünən, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Dünən, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Dünən, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Dünən, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Dünən, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Dünən, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Dünən, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Dünən, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Dünən, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR