Bu gün, 12:48 78

Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb

Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180 ailənin, ümumilikdə 591 nəfərin köçürülməsi təmin olunub.

Bu barədə BAKU.WS-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Suqovuşan kəndində əhalinin qayıdışının təmin edilməsi məqsədilə yeni yaşayış kompleksi yaradılıb. Kompleksdə 190 mənzil inşa olunub. Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180 ailənin, ümumilikdə 591 nəfərin köçürülməsi təmin olunub. Kənddə, həmçinin 144 şagird yerlik tam orta məktəb əsaslı təmir olunub və şagirdlərin istifadəsinə verilib. Suqovuşanda Elektrik enerjisi təminatının gücləndirilməsi məqsədilə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Suqovuşan kəndində yeni məscid də tikilərək istifadəyə verilib.

Talış kəndində isə ilkin mərhələdə 20 fərdi ev bərpa və yenidən inşa olunub, 20 ailənin, ümumilikdə 90 nəfərin kəndə qayıdışı təmin edilib. Talış kəndində 78 şagird yerlik məktəb, uşaq bağçası, inzibati bina, ictimai və iaşə obyektləri də bərpa edilib və yenidən qurulub. Kənddə Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurda qayıdışı mərhələli şəkildə davam etdirilir. Hər iki kənddə sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi məqsədilə müasir sosial, kommunal və yol-nəqliyyat infrastrukturu yaradılıb.

Kənddaxili yollar çəkilib, küçələr abadlaşdırılıb və nəqliyyatın rahat hərəkəti üçün zəruri şərait yaradılıb .Suqovuşan və Talış kəndlərində tibb məntəqələri yaradılıb. Hər iki kəndin fasiləsiz elektrik enerjisi, içməli su, təbii qaz və yüksək sürətli internetlə təmin edilməsi üçün müasir infrastruktur qurulub. Bununla sakinlərin gündəlik yaşayışının rahat və dayanıqlı şəkildə təmin olunması üçün bütün zəruri kommunal imkanlar yaradılıb.

Suqovuşanda sosial və ictimai infrastrukturun inkişafı, eləcə də kəndin turizm potensialından səmərəli istifadə olunması istiqamətində də mühüm layihələr həyata keçirilib. Suqovuşan Su anbarı ətrafında yeni park yaradılıb. Park sakinlərin və kəndə gələn qonaqların istirahəti üçün müasir və əlverişli məkan kimi formalaşdırılıb.Bundan başqa, Suqovuşanda məktəb, sosial və xidmət obyektləri, enerji infrastrukturu və turizm obyektləri yaradılıb və ya bərpa olunub.

Talış kəndində də məktəb, uşaq bağçası, inzibati və digər sosial obyektlər istifadəyə verilib.Suqovuşan və Talış kəndlərində həyata keçirilən bərpa-quruculuq işləri yaşayış fondunun və yol infrastrukturunun yenilənməsi ilə yanaşı, sosial, kommunal, təhsil, səhiyyə, enerji, rabitə və turizm sahələrini də əhatə edir.

Paylaş

Xəbər lenti

FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb Bu gün, 12:48 Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? Bu gün, 12:48 Sabah da Bakıya yağış yağacaq? - Proqnoz Bu gün, 12:48 ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib Bu gün, 11:48 Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk Bu gün, 11:48 İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Ferhat Gündoğdu da həbs edildi Bu gün, 11:48 Əhmədlidə yanan köşkdən meyit tapıldı Bu gün, 11:48 XİN: Azərbaycan qardaş dövlətlərlə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir Bu gün, 10:48 Avtobus palçıqlı yolda batdı Bu gün, 10:48 lkin Namazov vəzifəsindən azad edildi Bu gün, 10:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib Bu gün, 10:48 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür Bu gün, 10:48 Elçin Əmirbəyov: "Sülh sazişiylə cari Ermənistan Konstitusiyası arasında mövcud uyğunsuzluğun aradan qaldırılması prosesin təminatı üçün qaçılmazdır" Bu gün, 10:48 "Turan Tovuz" 32 ildən sonra "Fənərbağça" ilə üz-üzə gələcək Bu gün, 09:48 Şahdağa qar yağır Bu gün, 09:48 Masazırda yolları su basıb Bu gün, 09:48 Tovuzda dəhşətli hadisə: Qadın yanıb öldü Bu gün, 09:48 Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib Bu gün, 00:48 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? Dünən, 23:48 Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır Dünən, 23:48 Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub Dünən, 23:48 "Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər Dünən, 23:48 Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib Dünən, 23:48 İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Dünən, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Dünən, 22:48 Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb Dünən, 22:48 Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı Dünən, 22:48 Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı Dünən, 22:48 "OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Dünən, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Dünən, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Dünən, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Dünən, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Dünən, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Dünən, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Dünən, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Dünən, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Dünən, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Dünən, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Dünən, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Dünən, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR