
Avroviziya təmsilçimiz, tanınmış müğənni Dilarə Kazımova yeni ifasını təqdim edib.
AVESTA.AZ xəbər verir ki, sənətçi sözləri və musiqisi Sheyh Ree (Şəhriyar Ramazanzadə) tərəfindən yazılan məşhur "Hisslərim dumanda" mahnısını səsləndirib.
Bəstənin yeni aranjimanı Anar Keytarmana məxsusdur.
Qeyd edək ki, "Hisslərim dumanda" mahnısını ilk dəfə Əməkdar artist Sevda Ələkbərzadə ifa edib.
Dilarə Kazımovanın yeni ifası rəsmi yutub kanalında və bütün rəqəmsal platformalarda yayımlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.