
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır.
"Sahil Mühafizəsi göyərtəsində altı nəfər olan "Gulfstream" təyyarəsinin axtarışlarını aparır. ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi şənbə günü səhər saatlarında hava gəmisi ilə əlaqənin itdiyini bildirib, - paylaşımda qeyd olunur. Axtarışlar Nantaket sahillərində aparılır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.