
Yəmənin Hərbi Hava Qüvvələri Sənada "Ənsar Allah" hərəkatı husilərinin mövqelərinə zərbə endirərək iki ballistik raket qurğusunu məhv edib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, raket sistemləri üzrə mütəxəssis Rabia Cəlal Əbu Turab Nuqum dağı yaxınlığında hava hücumunda öldürülüb. Hücum silah anbarlarını məhv etmək və husilərin raket imkanlarını pozmaq məqsədi daşıyan daha genişmiqyaslı hökumət kampaniyasının bir hissəsi olub.
Husilər və Yəmən hökumət qüvvələri arasında silahlı münaqişə 2014-cü ilin avqust ayından davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.