
Gəncədə bacı-qardaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.
1998-ci il təvəllüdlü T.Əliyev və onun 1996-cı il təvəllüdlü bacısı Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar.
Hazırda hər iki şəxsin müalicəsi davam etdirilir, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.