
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
BAKU.WS-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialın ilk yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.
Qadın cüdoçular arasında - 48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq.
Eyni çəkidə digər təmsilçimiz Könül Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Çilini təmsil edən Mari Di Varqas Ley olacaq.
Kişilərin - 60 kq çəki dərəcəsində isə Balabəy Ağayev və Əhməd Yusifov tatamiyə çıxacaqlar.
Balabəy Ağayev 1/16 finalda Belarus təmsilçisi Artsiom Kolasau ilə Ukrayna cüdoçusu Dilşot Xalmatov arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.
Əhməd Yusifovun 1/16 finaldakı rəqibi isə Özbəkistan təmsilçisi Baxrom Boturovla Monqolustan cüdoçusu Tumenjarqal Tuvşintur arasındakı qarşılaşmanın qalibi olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.