
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçini vurub. Ağır xəsarət alan 40-45 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.