Bu gün, 11:48 123

Bakının daha yaşıl və ekoloji cəhətdən dayanıqlı şəhərə çevrilməsi planlaşdırılır. Şəhərin Baş Planına əsasən, adambaşına düşən ictimai yaşıl sahənin 5,8 kvadratmetrdən 8 kvadratmetrə çatdırılması və əlavə 1000 hektara yaxın yaşıl ərazinin yaradılması nəzərdə tutulur.

"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev hədəfin həmçinin hibrid yaşıl dəhlizlər vasitəsilə iqlimə uyğunlaşmanı, biomüxtəlifliyi, ictimai sağlamlığı və dayanıqlı mobilliyi dəstəkləyən bir-biri ilə əlaqəli sistemlər yaratmaq olduğunu bildirib.

2040-cı ilə qədər nəzərdə tutulan bu dəyişikliklərin şəhər mühitinə və sakinlərin həyat keyfiyyətinə necə təsir edəcəyi isə maraq doğurur.

Ekoloqlar planı dəstəkləsələr də, həllinin o qədər asan olmadığı fikrindədirlər.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ekoloq" Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva bildirir ki, hazırda Bakıda adambaşına düşən yaşıl sahələr dünya standartlarının altında qalır, bu da şəhərdə ekoloji gərginlik yaradır: "Yeni yaşıl ərazilər əlavə edilməsi və yaşıllıq miqdarının artırılması şəhərin "istilik adası" effektini azaltmağa, yağış sularının udma qabiliyyətini və biomüxtəlifliyi artırmağa, sakinlərin sağlamlığına müsbət təsir etməyə kömək edə bilər. Lakin yalnız yaşıllığın miqdarı deyil, onun keyfiyyəti və yerləşməsi də önəmlidir. Yeni parklar salmaq, bulvarı uzatmaq və şəhərdaxili yaşıllıq dəhlizləri yaratmaq planın uğurlu icrası üçün vacibdir".

Yeni yaşıllıq dəhlizləri ekoloji yükü yüngülləşdirə bilər

Ekoloq bildirir ki, yaşıl sahələr toz, azot oksidləri və digər çirkləndiriciləri filtrasiya edir, karbon qazını udur və oksigen verir. Eyni zamanda, parklar hava axınını tənzimləyərək çirklənmiş havanın şəhərdəki dayanmalarını azaldır və mikroiqlimi yaxşılaşdırır: "Bakıdakı nəqliyyat və sənaye fəaliyyətləri havanın keyfiyyətini aşağı salır. Yeni yaşıl sahələr və yaşıllıq dəhlizləri bu yükü yüngülləşdirə bilər. Amma yaşıllıq da kifayət etmir. Elektrikli nəqliyyat, ictimai nəqliyyatın inkişafı və sənaye emissiyalarının azaldılması mütləqdir ki, hava keyfiyyəti yaxşılaşsın".

A.Miriyevanın sözlərinə görə, Baş Planın uğurla həyata keçirilməsi üçün mövcud yaşıllıqların qorunması, yeni yaşıl zonaların yaradılması və göllərin ekoloji reabilitasiyası olması mühümdür: "Bakı gölləri ətrafında parklar, yaşıl istirahət zonaları, bulvarların uzadılması və hibrid yaşıllıq dəhlizləri planın konkret addımlarıdır. Buna əlavə olaraq, su mühafizəsi, yerli bitki növlərinin seçilməsi, piyada və velosiped yollarının yaradılması, ictimai nəqliyyatın inkişafı kimi tədbirlər də vacibdir. Planın həyata keçirilməsi üçün sakinlərin iştirakı və monitorinq təmin olunmalıdır". Ekoloq bildirir ki, bu plan Bakını 2040-cı ilə qədər daha yaşıl və dayanıqlı bir şəhərə çevirmək üçün yaxşı fürsətdir.

"Bakıda bir ağac yetişdirmək bir uşağı böyütməkdən daha çətindir"

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev hesab edir ki, yaşıllıqlar bizim ağciyərlərimizdir: "Oksigen təminatı yaşıllıqların hesabınadır. Əgər havada oksigen konsentrasiyası 1 faiz aşağı düşsə, insanın faydalı iş əmsalı 5-6 faizə qədər aşağı enər. Buna görə yaşıllıqlara qayğı vacib şərtdir ki, biz nəfəs alaq. Adambaşına düşən yaşıllıq sahəsinin artırılması şəhər mühitinin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Yaşıllıqlar havanın keyfiyyətinin yaxşılaşmasına, toz və bəzi çirkləndiricilərin azalmasına, temperaturun tənzimlənməsinə və kölgəliklərin yaranmasına kömək edir". Ekoloq bildirir ki, Bakı şəhərində zəhərli tullantılar insanların əleyhinə olan amillərdəndir: "Bu qədər avtomobil var, bu qədər rezin yanır, havaya zərərli tullantılar atılır. Bakıda bir dənə ortasəviyyəli ağac yetişdirmək bir uşağı böyüdüb başa çatdırmaqdan daha çətindir. Bu baxımdan məcburuq ki, qalan yaşıllıqları qoruyaq. Elə ağaclar da əkək ki, uzunmüddətli olsun".

Alim bildirir ki, yayda şəhər mühitində asfalt 70-80 dərəcəyə qədər qızır, üstəlik, havanın temperaturu da yüksək olur. Belə vəziyyətdə ağacların kölgəsi insanların köməyinə çatır: "Buna görə də yaşıllıq sahələrinin artırılması yalnız ekoloji deyil, həm də insanların sağlamlığı və həyat keyfiyyəti baxımından vacibdir. Xüsusilə yay aylarında ağaclar şəhər ərazisində istilik təsirini azaltmaqla insanların daha rahat şəraitdə yaşamasına imkan yaradır. Yaşıllıqların artırılması planını necə həyata keçirəcəklər maraqlıdır. Bu, bir az çətin məsələdir". Ə.Əliyev ən vacib məsələlərdən birinin də söküntü və tikinti işləri zamanı yaşıllıqların qorunması olduğunu bildirir: "Ən vacib məsələlərdən biri odur ki, Bakıda köhnə tikililərin sökülüb yeniləri salınarkən yaşıllıqlar qorunsun. Yaxşı olardı ki, bu proses zamanı normativ aktlar yerinə yetirilsin. Binanın ətrafında yaşıllıqlar qorunub saxlanılsın".

Paylaş

Xəbər lenti

"Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48 Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib Dünən, 22:48 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb Dünən, 22:48 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər Dünən, 22:48 "Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub Dünən, 22:48 Yəmənin Hərbi Hava Qüvvələri Sənada husilərin iki raket qurğusunu məhv edib Dünən, 22:48 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 21:48 Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı Dünən, 21:48 "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub Dünən, 21:48 "Turan Tovuz" və "Fənərbaxça" azarkeşlərindən anlamlı pankartlar Dünən, 21:48 Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb Dünən, 20:48 Politoloq: Heydər Əliyev Azərbaycan xalqının taleyini öz taleyi ilə bağlayırdı Dünən, 20:48 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib Dünən, 20:48 Azərbaycanın U-20 millisi Moldovaya uduzub Dünən, 20:48 Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Dünən, 19:48 Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib Dünən, 19:48 Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb Dünən, 19:48 Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar Dünən, 19:48 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir" Dünən, 18:48 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? Dünən, 18:48 Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Dünən, 18:48 Rafinya Mbappeni geridə qoydu Dünən, 18:48 Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb Dünən, 18:48 Gənc oğlan hərbi xidmətdə olarkən virusa yoluxub? Dünən, 18:48 Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR