
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis hiss ediblər.
Hadisə ilə bağlı aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.