Bu gün, 19:48 73

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi

Dünyada baş verən qlobal dəyişikliklər, qeyri-sabit mühit və təchizat zəncirindəki qırılmalar Azərbaycanın iqtisadi inkişafla bağlı prioritetlərini, hədəflərini yenidən formalaşdırmağa sövq edir. Bu çağırışlar fonunda iqtisadi inkişafla bağlı gələcək illərdə prioritet sayıla biləcək sahələrə xüsusi diqqət yetirilir. Konkret müddət və hədəfləri özündə əks etdirən dövlət proqramları qəbul olunur. Bəs Azərbaycan iqtisadiyyatının gələcək hədəfləri hansı sahələrdir?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Yaxın illərin əsas inkişaf istiqamətləri

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi

Öncə onu qeyd edək ki, prioritet istiqamətlər üzrə qəbul edilən ayrı-ayrı dövlət proqramları yaxın bir neçə ili hədəfləyir. Son tarix əksər hallarda 2030-cu il nəzərdə tutulur.

Prezident İlham Əliyevin 30 may 2025-ci il tarixli Sərəncamı ilə 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələrinin hazırlanmasına başlanılıb.

Sənədlər İqtisadi Şurada müzakirə olunaraq Azərbaycan Prezidentinə təqdim edilib. Sərəncamda da qeyd edilir ki, əsas hədəf ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsidir. Sərəncamda prioritet sektorlar üzrə müvafiq Dövlət Proqramlarının qəbulunun vacibliyi ön plana çəkilib. Buraya kənd təsərrüfatının inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı, turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı (2027-2030) daxildir. Mövcud sahələr üzrə daha konkret və aydın proqnozların hazırlanması və məlumatlara çıxışın əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının hazırlanması da prioritet elan edilib.

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi

Aqrar sektorda artım gözləntiləri

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" 2026-cı ilin may ayında təsdiq edilib. Proqramın əsas hədəfləri aşağıdakılardır:

- Kənd təsərrüfatı üzrə ÜDM-in 2% və ya daha çox artırılması.

- Aqrar məhsulların ixracının altı milyard dollara çatdırılması.

- 5.9 milyard manat vəsait investisiya olaraq yatırılması.

- 300 min hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi.

- Buğda və pambıq üzrə məhsuldarlığın hər hektara 50 sentnerə yüksəldilməsi.

- Damazlıq iribuynuzlu heyvanların xüsusi çəkisinin 10%-ə çatdırılması.

- Ət, süd və quş əti istehsalının 20-30% artırılması.

- Akvakultura məhsulları istehsalının 7 700 tona çatdırılması.

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi

Turizmdə 12.2 milyardlıq hədəf

Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ölkədə turizm sektorunun sistemli inkişafını və qeyri-neft iqtisadiyyatının şaxələndirilməsini hədəfləyir. Proqrama əsasən, 2030-cu ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayının 3.8 milyon nəfərə çatdırılması nəzərdə tutulur. Azərbaycanda üç yeni turizm və rekreasiya zonası yaradılacaq və bu zonaların hər birində ən azı üç turizm mərkəzi qurulacaq. Hər il ən azı bir yeni hədəf turizm istiqaməti üzrə birbaşa uçuşlara başlanılacaq və proqramın sonunadək bu istiqamətlərin sayı azı dördə çatdırılacaq. Mövcud uçuş tezlikləri 20% artırılacaq. Azərbaycan hər il azı 20 beynəlxalq turizm sərgisində təmsil olunacaq və xarici turoperatorların sayının 10% artırılmasına nail olunacaq. 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 % real artım hədəflənir. Gələn il sektorda 8.5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12.2 milyard manata çatdırılması gözlənilir.

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi

Dağ-mədən sənayesi

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı" sentyabrda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənib. Proqramın əsas hədəfləri aşağıdakılardır:

- Sektorun illik ixrac potensialının 2030-cu ilədək 1.3 milyard manatdan 3.4 milyard manata (2.6 dəfə) çatdırılması.

- Sənaye zəncirinin hasilatdan başlayaraq dərin emala və son məhsul istehsalına qədər ölkə daxilində tam qapalı dövrədə qurulması.

- Mineral resurslardan səmərəli istifadə edilməsi və yeni yataqların iqtisadi dövriyyəyə cəlb olunması.

- Yerli zənginləşdirmə və emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsullarının yaradılması.

- Regionların sosial-iqtisadi inkişafına töhfə verməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması.

- "Made in Azerbaijan" brendinin qlobal metallurgiya bazarında mövqeyinin və rəqabət gücünün artırılması.

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi

Davamlı, sabit və proqnozlaşdırılan iqtisadi inkişaf

Dövlət proqramlarında əksini tapan hədəflərdən da göründüyü kimi, yaxın illərdə Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft-qaz sektoru olacaq. İqtisadi inkişafın məhz bu istiqamətlər üzrə daha da sürətləndirilməsi və davamlılığın təmini gözlənilir. Təbii ki, digər ənənəvi sahələr də diqqət mərkəzindədir. Həm dövlət proqramları ilə inkişafı hədəflənən, həm də mövcud çağırışlar fonunda güclü sərmayə dəstəyi ilə inkişaf etdirilən sahələrin vahid xətt üzrə inkişafı, fəaliyyətlərin koordinasiyası mühüm şərtlərdəndir. Hədəf isə davamlı, sabit və proqnozlaşdırılan iqtisadi inkişafdır.

Paylaş

Xəbər lenti

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi Bu gün, 19:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb Bu gün, 19:48 Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub Bu gün, 19:48 Gəncədə dönər yeyən iki nəfər xəstəxanalıq oldu Bu gün, 19:48 Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb Bu gün, 19:48 Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi Bu gün, 18:48 Tramp ABŞ-də Superkəşfiyyat Qüvvələrinin yaradıldığını açıqladı Bu gün, 18:48 UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər Bu gün, 18:48 Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Bu gün, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Bu gün, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Bu gün, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Bu gün, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Bu gün, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Bu gün, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Bu gün, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Bu gün, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Bu gün, 15:48 Kərim Abbasov üzr istədi Bu gün, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Bu gün, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Bu gün, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Bu gün, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 13:48 Qubada yol tamamilə çökdü Bu gün, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Bu gün, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Bu gün, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Bu gün, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Bu gün, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Bu gün, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Bu gün, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR