
Hollivud aktyoru Riçard Girin həyat yoldaşı Alehandra Gir ailəsi ilə birlikdə çəkdirdiyi nadir fotonu sosial şəbəkədə paylaşıb.
AVESTA.AZ xəbər verir ki, fotoda Alehandra Gir həyat yoldaşı və övladları ilə birlikdə meşədə gəzinti zamanı görüntülənib.
Alehandra paylaşımında payızın ilk günlərini sevdiyini, yağışlı, lakin hələ soyuq olmayan havalarda uşaqları ilə təbiətdə vaxt keçirməyin ailə üçün xüsusi olduğunu bildirib.
Məlumata görə, cütlüyün Aleksandr və Ceyms adlı iki oğlu var. Riçard Girin ilk evliliyindən isə Albert adlı daha böyük oğlu dünyaya gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.