
Rusiya Müdafiə Nazirliyi Qara dənizin şimal-qərb hissəsində Ukraynaya məxsus iki quru yük gəmisinə zərbə endirildiyini açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə edilən infrastruktur obyektlərinə və dəniz nəqliyyatına pilotsuz uçuş aparatları ilə zərbələri davam etdirir.
Bildirilib ki, oktyabrın 4-də Kiyevdə Dnepr çayı üzərində yerləşən Şimal avtomobil körpüsünə də zərbə endirilib. Rusiya tərəfi körpünün qoşunların və hərbi yüklərin daşınması üçün istifadə edildiyini iddia edib.
Nazirlik həmçinin Qara dənizin şimal-qərb hissəsində Odessa limanına hərbi yük daşıdığı bildirilən iki quru yük gəmisinin vurulduğunu açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.