
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub.
AVESTA.AZ Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub.
"Aldığım dezodrantı qoyublar ortalığa, evlər də qapalı olduğuna görə o da partlayıb. Əvvəl elə bildim bayırda olub partlayış. Gələndə gördüm ki, hadisə evin içinə olub . Yanğından qızım da xəsarət alıb. Sifəti yanıb. Buzovna xəstəxanasına aparmışıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.