Bu gün, 11:48 38

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

AVESTA.AZ xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.

Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası", Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.

"Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş." şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin "SİA Pharmaceuticals" şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.

Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Burada 178 nəfər daimi işlə təmin ediləcək.

Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.

Paylaş

Xəbər lenti

Daha bir cüdoçumuz dünya çempionatına qələbə ilə başladı Bu gün, 12:48 Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar Bu gün, 12:48 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir Bu gün, 12:48 "Kapital Bank" nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib Bu gün, 12:48 İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib Bu gün, 12:48 Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək! Bu gün, 12:48 Sürücülərin nəzərinə - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 12:48 Azərbaycanda bir kəndi su basıb Bu gün, 12:48 Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir" Bu gün, 12:48 Kvaratsxeliya "Qızıl top"dan kənarda qala bilər Bu gün, 12:48 33 ildən sonra Kəlbəcərdə yenidən müəllimliyə başlayan Yaqut Əkbərova: Mənim üçün böyük məsuliyyətdir Bu gün, 12:48 Məhkəmə hökmünü icra etməyən hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək Bu gün, 12:48 İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Dubayda əmlak sahibi olmaq istəyənlər üçün "Propify Real estate" Bakıda xüsusi təqdimat tədbiri keçirəcək Bu gün, 11:48 Emin Əmrullayev: Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir Bu gün, 11:48 Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər Bu gün, 11:48 İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 11:48 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır Bu gün, 11:48 "Gəncə" rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatıb Bu gün, 11:48 Kredit faizləri aşağı salınacaq? - Banklar üçün yeni çıxış yolu Bu gün, 11:48 Səfərbərlik xidmətində korrupsiya görə 2 əməkdaş ehtiyata buraxılıb, 144 nəfərin işi prokurorluğa göndərilib Bu gün, 11:48 ABŞ-də itkin düşən tibbi təyyarənin qalıqları tapılıb Bu gün, 11:48 Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub Bu gün, 10:48 AAYDA-da süni intellekt idarəetmə və iş proseslərinə tətbiq edilir Bu gün, 10:48 Sürücülərin NƏZƏRİNƏ - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ Bu gün, 10:48 Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür Bu gün, 10:48 İMZA Sosial İnkişafa Dəstək İB-nin İdarə Heyətinin iclası keçirilib Bu gün, 10:48 Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "SOCAR Downstream" Konqodakı NEZ-in modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır Bu gün, 10:48 Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ Bu gün, 10:48 "Xəzər TV" 19 yaşını qeyd edir Bu gün, 10:48 Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda Bu gün, 09:48 Biləsuvarda toyda başlayan mübahisə qətllə nəticələndi Bu gün, 09:48 200 illik tarixi olan Ağbulaq kəndi: Cəmi səkkiz ailə yaşayır Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır Bu gün, 09:48 Merve Özbey səhnədən yıxıldı - Qolu sındı Bu gün, 09:48 Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq Bu gün, 09:48 UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək Bu gün, 09:48 Ata 14 yaşlı qızını oğlanla danışanda tutdu, özü təcavüz etdi - Dəhşətli cinayətin təfərrüatı Bu gün, 09:48 Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT Bu gün, 08:48 Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Həftənin ilk günü paytaxtın bir sıra yollarında sıxlıq yaranıb Bu gün, 08:48 Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb Bu gün, 08:48 Braziliyada prezident seçkisinin taleyi ikinci tura qaldı - Bolsonaro və Lula üz-üzə Bu gün, 08:48 Gəncəyə ikinci raket hücumundan altı il ötür Bu gün, 08:48 Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür Bu gün, 00:48 Alimlərdən yeni kəşf: Beyin məşqlə eyni anda iki işi görə bilir Dünən, 23:48 Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR