
Bu gün doğma torpaqda böyüyən uşaqlara dərs demək böyük qürur və məsuliyyətdir.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu müəllimlik karyerasına 1986-cı ildə Kəlbəcərdə başlayan, rayon işğaldan azad olunduqdan sonra Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətini bərpa edən Yaqut Əkbərova deyib.
Y.Əkbərova uzun fasilədən sonra doğma rayonda yenidən pedaqoji fəaliyyətə başlamağın onda böyük məsuliyyə hissi yaratdığını bildirib:
"İllər sonra Kəlbəcərdə sinfin qapısını açıb içəri daxil olmaq çox çətin idi. Bu gün doğma torpağımızda böyüyən uşaqlara dərs demək mənim üçün böyük qürur və məsuliyyətdir. Onların hər biri Kəlbəcərin sabahı, bu torpağın gələcəyidir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.