Bu gün, 12:48 34

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar

Rusiyada yaşayan məşhur iş adamı, "Peton Holding"in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edib üç milyon dollar pulunu və 10 milyonluq əmlakını ələ keçiriblər.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə il əvvəl baş verən bu hadisəyə görə indi daha iki nəfərə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirkarlardan biri - Hikmət Vəliyev xaricdə tutularaq ölkəyə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. Onunla birgə təqsirləndirilən Ramil Tağıyev isə məhkəməyə qədər azadlıqdadır.

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar

Nə baş verib?

Emin Axundovu əvvəlcə tanışı Ramil Tağıyev aldadıb. O, Axundovu inandırıb ki, rayonlardan birində özünə məxsus torpaq sahəsində istirahət kompleksi tikərək onun adına keçirəcək. Bu məqsədlə Ramil Emin Axundovdan ümumilikdə 870 min manat alıb. Lakin vədinə əməl etməyib, pulu şəxsi ehtiyaclarına xərcləyib.

Lakin məsələ bununla bitməyib. Sonradan biznesmenə qarşı şantaj başlayıb. Emin Axundovun külli miqdarda pula və çoxsaylı daşınmaz əmlaka sahib olduğunu öyrənən Ramil var-dövləti hədə-qorxu ilə ələ keçirmək qərarına gəlib. Bu məqsədlə o, tanışı Hikmət Vəliyev və Emin Axundovun doğma əmisi oğlu Vüsal Axundovla sövdələşib.

Onlar Emin Axundov haqqında şəxsi, ailə və biznes məlumatları toplayaraq onu şantaj etməyə başlayıblar. Üçlük biznesmeni ailə üzvlərinin həyatı ilə hədələyərək ondan 20 milyon dollar pul tələb ediblər. Bu məbləğin üç milyon dollarını ələ keçirə biliblər. Amma şantaj bununla da bitməyib. Növbəti mərhələdə Emin Axundova məxsus bir neçə daşınmaz əmlak da hədə-qorxu ilə Hikmət Vəliyevin yaxın qohumlarının adlarına keçirilib.

Belə ki, Buzovna qəsəbəsində yerləşən və üç milyon manat dəyərində olan iki hektar torpaq sahəsi Hikmət Vəliyevin həyat yoldaşının, 1 milyon 380 min manatlıq torpaq sahəsi isə başqa qohumunun adına keçirilib. Bundan əlavə, Emin Axundovun Çexiyanın Karlovi Vari şəhərində yerləşən, 1.5 milyon manat dəyərindəki torpaq sahəsi, Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 450 min manat dəyərində torpaq sahəsi və üzərindəki villa da biznesmenin əlindən alınıb.

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar

Ümumilikdə Emin Axundovdan alınan pul və əmlakın ümumi dəyəri 11 milyon manatdan çoxdur.

Bu cinayətdə iştirak edən zərərçəkmişin əmisi oğlu Vüsal Axundov hadisə baş verəndən qısa müddət sonra həbs edilib və 14 il azadlıqdan məhrum olunub.

Bir müddət əvvəl isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi üzrə istintaq yenilənib. Hazırda Hikmət və Ramil məhkəməni gözləyirlər. Təqsirləri sübuta yetirilsə, onları da 14 il həbs cəzası gözləyir.

Qeyd edək ki, zərərçəkmiş iş adamı Emin Axundov vaxtaşırı medianın gündəminə gəlib. Bir neçə il əvvəl onun Rusiyadan Bakıya çamadanlarla pul daşıdığı barədə məlumat yayılıb.

Paylaş

Xəbər lenti

Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir Bu gün, 13:48 İlham Əliyev Malayziyaya səfərə dəvət olunub Bu gün, 13:48 Sabah güclü yağış yağacaq Bu gün, 13:48 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı Bu gün, 13:48 Rusiyada laboratoriya əməkdaşının ölümü narahatlıq yaradıb Bu gün, 13:48 Bakıda dövlət qurumunun binası yenidən qurulacaq - 8,9 milyon manat ayrılıb Bu gün, 13:48 Ürəyi qoruyan təbii "möcüzə": Alimlər narda gizli maddə aşkarladı Bu gün, 13:48 Əməkdar artist illər sonra səhnəyə "Leyli" kimi qayıdır Bu gün, 13:48 Çində 2025-ci ildə 670-dən çox bank fəaliyyətini dayandırıb Bu gün, 13:48 Ramil Usubovun kürəkəni vəfat edib Bu gün, 13:48 Daha bir cüdoçumuz dünya çempionatına qələbə ilə başladı Bu gün, 12:48 Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar Bu gün, 12:48 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir Bu gün, 12:48 "Kapital Bank" nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib Bu gün, 12:48 İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib Bu gün, 12:48 Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək! Bu gün, 12:48 Sürücülərin nəzərinə - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 12:48 Azərbaycanda bir kəndi su basıb Bu gün, 12:48 Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir" Bu gün, 12:48 Kvaratsxeliya "Qızıl top"dan kənarda qala bilər Bu gün, 12:48 33 ildən sonra Kəlbəcərdə yenidən müəllimliyə başlayan Yaqut Əkbərova: Mənim üçün böyük məsuliyyətdir Bu gün, 12:48 Məhkəmə hökmünü icra etməyən hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək Bu gün, 12:48 İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Dubayda əmlak sahibi olmaq istəyənlər üçün "Propify Real estate" Bakıda xüsusi təqdimat tədbiri keçirəcək Bu gün, 11:48 Emin Əmrullayev: Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir Bu gün, 11:48 Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər Bu gün, 11:48 İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 11:48 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır Bu gün, 11:48 "Gəncə" rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatıb Bu gün, 11:48 Kredit faizləri aşağı salınacaq? - Banklar üçün yeni çıxış yolu Bu gün, 11:48 Səfərbərlik xidmətində korrupsiya görə 2 əməkdaş ehtiyata buraxılıb, 144 nəfərin işi prokurorluğa göndərilib Bu gün, 11:48 ABŞ-də itkin düşən tibbi təyyarənin qalıqları tapılıb Bu gün, 11:48 Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub Bu gün, 10:48 AAYDA-da süni intellekt idarəetmə və iş proseslərinə tətbiq edilir Bu gün, 10:48 Sürücülərin NƏZƏRİNƏ - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ Bu gün, 10:48 Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür Bu gün, 10:48 İMZA Sosial İnkişafa Dəstək İB-nin İdarə Heyətinin iclası keçirilib Bu gün, 10:48 Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "SOCAR Downstream" Konqodakı NEZ-in modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır Bu gün, 10:48 Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ Bu gün, 10:48 "Xəzər TV" 19 yaşını qeyd edir Bu gün, 10:48 Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda Bu gün, 09:48 Biləsuvarda toyda başlayan mübahisə qətllə nəticələndi Bu gün, 09:48 200 illik tarixi olan Ağbulaq kəndi: Cəmi səkkiz ailə yaşayır Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır Bu gün, 09:48 Merve Özbey səhnədən yıxıldı - Qolu sındı Bu gün, 09:48 Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq Bu gün, 09:48 UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR