
Ruslan Paşayev dünya çempionatında 1/8 finala yüksəlib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan cüdoçusu Ruslan Paşayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda türkmənistanlı Serdar Rahimovu məğlub edib.
*** 10:44
Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında mübarizəyə qələbə ilə başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/32 final mərhələsində Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə qarşılaşıb.
Rəqibini məğlub edən N.İmranov turnirdə növbəti mərhələyə yüksəlib.
O, 1/16 finalda rusiyalı Ramazan Abdullayevlə görüşəcək.
Eyni çəkidə Turan Bayramov Finlandiyadan olan Lukas Sahaya uduzub.
*** 09:10
Bakıda keçirilən dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu bu gün mübarizəyə başlayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kq), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) tatamiyə çıxacaqlar.
G.Məmmədəliyevanın ilk rəqibi 1/16 finalda İsrail təmsilçisi Gefen Primo olacaq.
T.Bayramov 1/32 finalda Finlandiyadan olan Lukas Saha, Nizami İmranov isə Gürcüstan cüdoçusu Vaja Marqvelaşvili ilə qarşılaşacaq. R.Paşayev 1/16 finalda Serdar Rahimov (Türkmənistan) – Adrian Nieto Çinarro (İspaniya) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq. Dünya çempionatının rəsmi açılış mərasimi saat 16:30-da, final bloku isə 18:00-da keçiriləcək.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.