Bu gün, 14:48 39

Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatına hazırlıq işləri yüksək səviyyədə davam edir

Dünyada idman ölkəsi kimi böyük nüfuza malik Azərbaycan cari ilin 22–30 oktyabr tarixlərində növbəti beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı məhz paytaxt Bakıda təşkil olunacaq.

BAKU.WS-in məlumatına görə, bu mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin "15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" Sərəncamı"na uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunur.

Belə ki, oyunların böyük əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində keçiriləcək 1000-ə yaxın oyun məhz yeni inşa edilən kompleksdəki 10 futbol meydançasında təşkil olunacaq.

Dünyanın 190-na yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçunun, məşqçinin və rəsmilərin turnirdə iştirak məqsədilə ölkəmizə səfəri nəzərdə tutulur.

Bir neçə gün öncə FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan Yarış Kompleksində turnirə hazırlıq işləri ilə yaxından tanış olub. FIFA prezidentinə turnirə hazırlıq prosesi, infrastruktur layihələri, təhlükəsizlik tədbirləri və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.

Canni İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı təşkilati işləri, Azərbaycanın turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək. Azərbaycanın mövcud müasir idman infrastrukturu, sabitliyi, təhlükəsizliyi və ötən illər ərzində qazandığı zəngin təşkilatçılıq təcrübəsi belə irimiqyaslı tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün imkan yaradır. Bu baxımdan, ölkəmizin ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibi seçilməsi təsadüfi deyil.

Bu turnir eyni zamanda Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, gənc nəslin idmana marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.

Paylaş

Xəbər lenti

Ben Afflek Şakira ilə münasibət iddialarını təkzib edib Bu gün, 15:48 Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL Bu gün, 15:48 FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib Bu gün, 15:48 "Yeşilçam"ın məşhur aktyoru 90 yaşında vəfat etdi Bu gün, 15:48 Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Səudiyyədən neftlə bağlı ciddi xəbərdarlıq: Ehtiyatlar kritik həddə çatıb Bu gün, 15:48 Rüfət Axundov anasının "Müəllimlər Günü"nü təbrik etdi Bu gün, 15:48 Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib Bu gün, 15:48 Emin Hüseynov: "Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir" Bu gün, 14:48 Pulsuz hüquqi yardımla bağlı ödənişin meyarı müəyyənləşir Bu gün, 14:48 Emin və Roza duetinə Moskvada KLİP Bu gün, 14:48 Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatına hazırlıq işləri yüksək səviyyədə davam edir Bu gün, 14:48 Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər Bu gün, 14:48 Məcnun Məmmədov: "Cəbrayılda ilk istixana sənaye zonası qurulur" Bu gün, 14:48 Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var Bu gün, 14:48 Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir Bu gün, 13:48 İlham Əliyev Malayziyaya səfərə dəvət olunub Bu gün, 13:48 Sabah güclü yağış yağacaq Bu gün, 13:48 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı Bu gün, 13:48 Rusiyada laboratoriya əməkdaşının ölümü narahatlıq yaradıb Bu gün, 13:48 Bakıda dövlət qurumunun binası yenidən qurulacaq - 8,9 milyon manat ayrılıb Bu gün, 13:48 Ürəyi qoruyan təbii "möcüzə": Alimlər narda gizli maddə aşkarladı Bu gün, 13:48 Əməkdar artist illər sonra səhnəyə "Leyli" kimi qayıdır Bu gün, 13:48 Çində 2025-ci ildə 670-dən çox bank fəaliyyətini dayandırıb Bu gün, 13:48 Ramil Usubovun kürəkəni vəfat edib Bu gün, 13:48 Daha bir cüdoçumuz dünya çempionatına qələbə ilə başladı Bu gün, 12:48 Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar Bu gün, 12:48 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir Bu gün, 12:48 "Kapital Bank" nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib Bu gün, 12:48 İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib Bu gün, 12:48 Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək! Bu gün, 12:48 Sürücülərin nəzərinə - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 12:48 Azərbaycanda bir kəndi su basıb Bu gün, 12:48 Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir" Bu gün, 12:48 Kvaratsxeliya "Qızıl top"dan kənarda qala bilər Bu gün, 12:48 33 ildən sonra Kəlbəcərdə yenidən müəllimliyə başlayan Yaqut Əkbərova: Mənim üçün böyük məsuliyyətdir Bu gün, 12:48 Məhkəmə hökmünü icra etməyən hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək Bu gün, 12:48 İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Dubayda əmlak sahibi olmaq istəyənlər üçün "Propify Real estate" Bakıda xüsusi təqdimat tədbiri keçirəcək Bu gün, 11:48 Emin Əmrullayev: Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir Bu gün, 11:48 Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər Bu gün, 11:48 İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 11:48 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır Bu gün, 11:48 "Gəncə" rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatıb Bu gün, 11:48 Kredit faizləri aşağı salınacaq? - Banklar üçün yeni çıxış yolu Bu gün, 11:48 Səfərbərlik xidmətində korrupsiya görə 2 əməkdaş ehtiyata buraxılıb, 144 nəfərin işi prokurorluğa göndərilib Bu gün, 11:48 ABŞ-də itkin düşən tibbi təyyarənin qalıqları tapılıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR