Bu gün, 15:48 44

Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL

"Azərbaycanda yol infrastrukturunun vəziyyətinin yalnız yolların ümumi uzunluğu ilə qiymətləndirilməsi real mənzərəni tam əks etdirmir. Yerli yolların qiymətləndirilməsi zamanı yolun uzunluğu ilə yanaşı, örtüyü, texniki dərəcəsi, əraziyə və əhaliyə düşən yol təminatı da nəzərə alınmalıdır".

AVESTA.AZ-in məlumatına görə, bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin rəsmi statistikası göstərir ki, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 18 916 kilometr təşkil edib:

"Bunun 4 806,9 kilometri respublika əhəmiyyətli, 14 109,1 kilometri isə yerli əhəmiyyətli yollardır. Beləliklə, ölkənin ümumi avtomobil yol şəbəkəsinin təxminən 74,6 faizi yerli yolların payına düşür.

Bu rəqəm xüsusilə əhəmiyyətlidir. Çünki insanların gündəlik hərəkətinin böyük hissəsi kəndləri, qəsəbələri, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini birləşdirən yerli yol şəbəkəsindən asılıdır.

Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL

Lakin yerli yolların örtük vəziyyəti fərqli mənzərə yaradır. Belə ki, 14 109,1 kilometrlik yerli yol şəbəkəsinin 7 534,3 kilometri asfalt-beton, 5 612 kilometri çınqıl, 888,8 kilometri qara örtük, 70 kilometri torpaq, cəmi 4 kilometri isə sement-beton örtüklüdür.

Bu o deməkdir ki, yerli yolların təxminən 40 faizi çınqıl örtüklüdür".

R.Ağamirzəyev yolların texniki dərəcələrinin də nəzərə alınmasının vacibliyini vurğulayıb: "Ümumi yol şəbəkəsində 10 463,3 kilometr IV dərəcəli, 1 103,2 kilometr isə V dərəcəli yol mövcuddur.

Bu səbəbdən rayonları yalnız yerli yolların uzunluğuna görə müqayisə etmək düzgün deyil. Yerli yol şəbəkəsinin uzunluğuna görə Lerik 456 kilometrlə ilk sıradadır. Qubada bu göstərici 429 kilometr, Laçında 406 kilometr, İsmayıllıda 393 kilometr, Şəkidə 343 kilometr, Gədəbəydə 336 kilometr, Şərurda 329 kilometr, Tovuzda 328 kilometr, Sabirabadda 325 kilometr, Cəlilabadda isə 307 kilometrdir.

Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL

Hansısa rayonda yolların daha çox olması həmin ərazidə yol infrastrukturunun daha yaxşı olduğu anlamına gəlmir".

Bu baxımdan Rauf Ağamirzəyev "Yerli Yol İnfrastrukturu İndeksi"nin hazırlanmasını təklif edib. Onun fikrincə, belə bir indeks formalaşdırılarkən ən azı 5 göstərici nəzərə alınmalıdır:

  • yerli yolların ümumi uzunluğu;
  • 1000 kvadratkilometrə düşən yol uzunluğu;
  • 10 min nəfərə düşən yol uzunluğu;
  • sərt örtüklü yolların payı;
  • yolların texniki dərəcəsi.

Ekspert hesab edir ki, belə yanaşma "hansı rayonda daha çox yol var?" sualından daha vacib olan "əhalisi və ərazisi nəzərə alınmaqla hansı rayonun daha yaxşı yerli yol təminatı var?" sualına cavab verməyə imkan yaradacaq:

Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL

"Növbəti mərhələdə Azərbaycanın rayonları üzrə yerli yol xəritəsi və reytinqinin hazırlanmasını məqsədəuyğundur. Yol infrastrukturu yalnız asfaltın kilometri deyil. Bu, əraziyə çıxış, yaşayış məntəqələrinin əlaqələndirilməsi, iqtisadi aktivlik və insanların gündəlik mobilliyidir.

Əsas məqsəd problemləri sadalamaq deyil, mövcud imkanlardan daha səmərəli istifadə etməklə şəhər və rayon sakinləri üçün real nəticə yaratmaqdır".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Avropada növbəti muzeyi soymaq istədilər Bu gün, 16:48 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır Bu gün, 16:48 Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb Bu gün, 16:48 Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var Bu gün, 16:48 Bakıda marşrut avtobusu belə aşdı - ANBAAN VİDEO Bu gün, 16:48 Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər Bu gün, 16:48 Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb Bu gün, 16:48 "Baldır Yar" 1 milyon izlənildi - Röyadan yeni rekord Bu gün, 16:48 İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Bu gün, 16:48 Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir Bu gün, 16:48 Ben Afflek Şakira ilə münasibət iddialarını təkzib edib Bu gün, 15:48 Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL Bu gün, 15:48 FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib Bu gün, 15:48 "Yeşilçam"ın məşhur aktyoru 90 yaşında vəfat etdi Bu gün, 15:48 Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Səudiyyədən neftlə bağlı ciddi xəbərdarlıq: Ehtiyatlar kritik həddə çatıb Bu gün, 15:48 Rüfət Axundov anasının "Müəllimlər Günü"nü təbrik etdi Bu gün, 15:48 Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib Bu gün, 15:48 Emin Hüseynov: "Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir" Bu gün, 14:48 Pulsuz hüquqi yardımla bağlı ödənişin meyarı müəyyənləşir Bu gün, 14:48 Emin və Roza duetinə Moskvada KLİP Bu gün, 14:48 Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatına hazırlıq işləri yüksək səviyyədə davam edir Bu gün, 14:48 Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər Bu gün, 14:48 Məcnun Məmmədov: "Cəbrayılda ilk istixana sənaye zonası qurulur" Bu gün, 14:48 Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var Bu gün, 14:48 Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir Bu gün, 13:48 İlham Əliyev Malayziyaya səfərə dəvət olunub Bu gün, 13:48 Sabah güclü yağış yağacaq Bu gün, 13:48 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı Bu gün, 13:48 Rusiyada laboratoriya əməkdaşının ölümü narahatlıq yaradıb Bu gün, 13:48 Bakıda dövlət qurumunun binası yenidən qurulacaq - 8,9 milyon manat ayrılıb Bu gün, 13:48 Ürəyi qoruyan təbii "möcüzə": Alimlər narda gizli maddə aşkarladı Bu gün, 13:48 Əməkdar artist illər sonra səhnəyə "Leyli" kimi qayıdır Bu gün, 13:48 Çində 2025-ci ildə 670-dən çox bank fəaliyyətini dayandırıb Bu gün, 13:48 Ramil Usubovun kürəkəni vəfat edib Bu gün, 13:48 Daha bir cüdoçumuz dünya çempionatına qələbə ilə başladı Bu gün, 12:48 Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar Bu gün, 12:48 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir Bu gün, 12:48 "Kapital Bank" nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib Bu gün, 12:48 İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib Bu gün, 12:48 Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək! Bu gün, 12:48 Sürücülərin nəzərinə - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 12:48 Azərbaycanda bir kəndi su basıb Bu gün, 12:48 Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir" Bu gün, 12:48 Kvaratsxeliya "Qızıl top"dan kənarda qala bilər Bu gün, 12:48 33 ildən sonra Kəlbəcərdə yenidən müəllimliyə başlayan Yaqut Əkbərova: Mənim üçün böyük məsuliyyətdir Bu gün, 12:48 Məhkəmə hökmünü icra etməyən hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR