
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununda Yaponiyanın U-20 millisi ilə üz-üzə gəlib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılmadan birbaşa penaltilər seriyasına keçid olunub.
Burada daha dəqiq oynayan (5:4) Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv qələbə qazanan tərəf olub.
Qeyd edək ki, Azərbaycanın U-20 komandası ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.