
Uzun müddətdir gözlərdən uzaq həyat yaşayan aktyor Nejat İşlerin yeni görüntüləri sevənlərini kədərləndirib.
AVESTA.AZ xəbər verir ki, "Leyla The Band" qrupunun konsertində görüntülənən aktyor ayaq üstə dayanmaqda çətinlik çəkib.
Həmkarı Çağlar Çorumlu ilə birlikdə tədbirə qatılan aktyor daha sonra iki nəfərin dəstəyi ilə konsert ərazisindən uzaqlaşdırılıb.
Görüntülər sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.
Bəzi izləyicilər, "İllərdir eynidir, heç olmasa konsertdə etmə", "Özünə yazığı gəlmir" və "Özünü düşünməyən başqasını necə düşünsün" kimi tənqidi şərhlər yazıblar.
Nejat İşler yaşananlarla bağlı hələ ki, açıqlama verməyib.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.