Bu gün, 19:48 63

Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın:

2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan "TAXES GROUP" MMC-nin ("Loft Klinika") qanuni təmsilçisi, direktoru Bəhruz Paşayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhruz Paşayev sərbəst ifadə verib.

O bildirib ki, zərərçəkmişlərdən və vəfat edən şəxslərin hüquqi varislərindən üzr istəyib və onlardan bağışlanmasını diləyib.

Təqsirləndirilən şəxs deyib ki, obyekt Vüqar Abbasova məxsus olub:

"Həmin obyekti mən icarəyə götürmüşdüm, 25 min manat icarə haqqı ödəyirdim. Hər ay Vüqar müəllim və ya oğlu icarə haqqını götürüb. Elektrik xətlərinin çəkilməsi və qoşulmasını özüm həll etmişəm. Aparatlar saz vəziyyətdə olub. Amma enerji blokunun belə fəsadlara səbəb olacağını bilməmişəm".

Bəhruz Paşayev bildirib ki, hadisə baş verən gün Sumqayıt şəhərindəki evində olub və ona yanğın hadisəsinin baş verdiyi bildirilib:

"Mən özüm də ora gəldim. Həyəcanlı vəziyyətdə idim. Hər kəsə kömək etdim".

Təqsirləndirilən şəxs deyib ki, obyektdə elektrik xətlərinin dəyişdirilməsi barədə Vüqar Abbasovun xəbəri olmayıb və həmin dövrdə Vüqar Abbasov xaricdə olub:

"Bizim binada avtomobil dayanacağı da var idi. Orada elektrikli avtomobillər üçün enerji bloku quraşdırılması lazım idi. Bunun üçün "Instagram"da bir səhifə gördüm. Səhifəyə müraciət etdim. Gəlib baxdılar. Gördük ki, mümkündür. Qoşulmazdan əvvəl rəsmi olaraq "Azərişıq"a müraciət etmədik. Bu barədə heç kim mənə heç nə demədi. Şirkət dedi ki, sadəcə elektrik gücünü göstərən sənəd lazımdır. Mən də onu göstərdim. Qoşduq. Sonra onun fəsadları nəticəsində hadisə baş verdi. Həmin şirkət də işə yaxşı nəzarət etməli idi".

Bəhruz Paşayevin sözlərinə görə, hadisədən əvvəl həmin binanın sakinləri ilə heç bir mübahisəsi olmayıb.

Könül Vəlibəyovanın anası təqsirləndirilən şəxsi ittiham edib. O bildirib ki, təqsirləndirilən şəxs onun qızının ölümünə səbəb olub. Təqsirləndirilən şəxs isə heç kimi öldürmədiyini deyib.

Vəfat edən azyaşlı Arzu Qəmbərlinin atası, Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov təqsirləndirilən şəxsə həqiqəti danışmağı məsləhət görüb. O bildirib ki, ona verilən vədlərin sonu yoxdur və bunun nəticəsi olmayacaq.

Həmçinin Əli Qəmbərov iş üzrə zərərçəkmiş Vüqar Abbasovun ifadələrində ziddiyyət olduğunu bildirib. Qeyd edib ki, onun məhkəmədə dindirilməsi təmin olunsun. Hakim isə həmin şəxsin zərərçəkmiş kimi tanındığını və çağırılaraq dindiriləcəyini söyləyib.

Əli Qəmbərovun suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, klinikanın yanında yerləşən restoranın icarə haqqını da icarəçi Asif Kərimovdan alıb:

"Mən də həmin icarə haqlarını toplayaraq Vüqar Abbasova çatdırmışam".

Hakim təqsirləndirilən şəxsə suallar ünvanlayıb:

"Direktor niyə sayğacın yerini, tormoz hissəsini bilməlidir? Siz direktorsunuz, icarə haqqını niyə özünüz gedib verirsiniz? Əməliyyat niyə nağd formada olur?"

Təqsirləndirilən şəxs əməliyyatın nağd formada aparılmasından mühasibin xəbərdar olduğunu bildirib. Elektrik işlərini bildiyi üçün ona göstərildiyini qeyd edib.

Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Hazırkı vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Həmçinin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin ("Loft Klinika") qanuni təmsilçisi, direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə cavabdeh şəxs kimi həmin qaydaları pozub. Nəticədə onun ehtiyatsızlığı səbəbindən üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bəhruz Paşayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub.

Bundan başqa, digər vəfat edən Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəri olub.

Paylaş

Xəbər lenti

AAYDA: Sel və sürüşmədən zərər görmüş Altıağac–Xızı yolunda operativ bərpa tədbirləri həyata keçirilir Bu gün, 20:48 Ceyhun Bayramov Orta Dəhlizin artan rolunu qeyd edib Bu gün, 20:48 Zelim Tçkayev dünya çempionatında gümüş medal qazandı Bu gün, 20:48 Medal qazanan cüdoçumuz: "Son ana qədər qələbə qazanacağımı düşünürdüm" Bu gün, 20:48 Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb Bu gün, 20:48 Amansızlıqla qətlə yetirilən Fatimənin fotosu Bu gün, 20:48 Gözləri görməyən qadına niyə əlillik verilmir? Bu gün, 19:48 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil" Bu gün, 19:48 AKP sözçüsü: "Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var" Bu gün, 19:48 Paşinyan: "Azərbaycanlı hərbçi cəzasının bir hissəsini Ermənistanda çəkəcək" Bu gün, 19:48 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi Bu gün, 19:48 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi Bu gün, 19:48 Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür Bu gün, 19:48 Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı Bu gün, 18:48 Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib Bu gün, 18:48 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib Bu gün, 18:48 Ukraynalı uşaqların Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib Bu gün, 18:48 Gündə minimum addım sayı təyin edildi Bu gün, 17:48 Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu, klub məsələyə aydınlıq gətirdi Bu gün, 17:48 Ceyhun Bayramov MDB XİN Şurasının iclasında çıxış edib Bu gün, 17:48 U-23 dünya çempionatında Azərbaycanın 23 güləşçisi mübarizə aparacaq Bu gün, 17:48 Sabah bu 5 kənddə qaz olmayacaq Bu gün, 17:48 Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" Bu gün, 16:48 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib Bu gün, 16:48 Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı? Bu gün, 16:48 Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır" Bu gün, 16:48 Azərbaycan universitetlərinin reytinqdə geri qalmasının səbəbləri müzakirə edildi Bu gün, 16:48 Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb Bu gün, 16:48 Məhəmməd Bədəlbəyli: "AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil" Bu gün, 16:48 Mükafat və maaş əlavələri ilə bağlı Prezidentdən mühüm FƏRMAN Bu gün, 16:48 Çexiyanın nəqliyyat naziri Azərbaycana səfər edəcək Bu gün, 16:48 Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb Bu gün, 15:48 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib Bu gün, 15:48 Bakıda 10 minə maral başı satılır Bu gün, 15:48 Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir? Bu gün, 15:48 Aqşin Fatehə ağır itki üz verdi Bu gün, 15:48 Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb Bu gün, 15:48 Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib Bu gün, 15:48 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb Bu gün, 15:48 Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək... Bu gün, 15:48 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Bu gün, 15:48 Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 14:48 Bu şəxslərin pensiyası daha çox artacaq Bu gün, 14:48 Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib Bu gün, 14:48 Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı Bu gün, 14:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib Bu gün, 14:48 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR