
Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 45 yaşlı Terrinin meyiti oktyabrın 4-də aşkar edilib.
Nəşrin məlumatına görə, qadının ölümü başına küt əşya ilə endirilən zərbə nəticəsində baş verib. Onun qətlində əri - hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Mark Keyn ittiham olunur.
Hanna Terri Britaniya kral ailəsinin yüksək rütbəli üzvlərini onların Sandrinqem malikanəsində qaldıqları müddətdə müalicə edirdi.
"The Sun" nəşrinin mənbələrinin sözlərinə görə, Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamillaya həkimin ölümü barədə məlumat verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.