
Ekspertiza sahəsində icraata daxil olan işlərin sayında kəskin artım müşahidə olunur.
AVESTA.AZ xəbər verir ki, bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
Nazir bildirib ki, son 4 il ərzində icraata daxil olan işlərin sayında 45 %-ə yaxın artım müşahidə olunub:
"Bu da dövlətin bu sahədə yükünü kəskin şəkildə artırmaqla nəticələnib. İcraata daxil olan işlərin sayındakı artım həm ekspert rəylərinin keyfiyyətinə, həm də vaxtında təqdim olunmasına təsir göstərə bilir.
Bu sahədə iş yükünü optimallaşdırmaq məqsədilə özəl ekspertiza institutunun və özəl ekspertlərin fəaliyyətə başlaması ilə bağlı şəhadətləndirmə prosesinə start vermişik.
Hazırda bu proses davam etməkdədir. Onlar təlim prosesini bitirdikdən sonra seçim prosesindən keçib özəl ekspert kimi fəaliyyətə başlaya biləcəklər".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.