Bu gün, 19:48 58

Neft qiymətləri yenidən kəskin yüksəlib

Dünya enerji bazarında neft qiymətləri oktyabrda yenidən kəskin artım tendensiyası nümayiş etdirir.

Xüsusilə Yaxın Şərqdə gərginliyin artması, neft daşımalarının təhlükə altına düşməsi və ABŞ-nin Meksika körfəzində hasilatın müvəqqəti azalması bazarda təklif çatışmazlığı ilə bağlı narahatlıqları gücləndirib. "Brent" markalı neftin qiyməti 4,69 faiz artaraq bir barel üçün 104,9 dollara, "Light" neftinin qiyməti isə 4,23 faiz artaraq 92,51 dollara yüksəlib.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, neft qiymətlərinin yüksəlməsində ən mühüm amillərdən biri Yaxın Şərqdə davam edən münaqişədir. ABŞ ordusuna İrana mümkün yeni hücumlara hazırlıqları tamamlamaq tapşırığı verildiyi xəbəri neft qiymətlərinin yüksəlməsinə təsir göstərir.

Region dünya neft ticarətinin əsas mərkəzlərindən biridir və burada yaranan hər hansı ciddi risk bazarda dərhal qiymət artımına səbəb olur. Xüsusilə Hörmüz boğazı böyük əhəmiyyət daşıyır. Bu marşrutdan dünya neftinin təxminən 20 faizi keçir. Gəmilərə hücumların artması isə bazarda neft ixracının daha da məhdudlaşa biləcəyi ilə bağlı narahatlıq yaradıb.

Bazar iştirakçıları üçün əsas problem yalnız faktiki neft itkisi deyil, həm də gələcəkdə təchizatın pozulması ehtimalıdır. Buna görə də treyderlər əvvəlcədən neft almağa başlayır və nəticədə qiymətlər yüksəlir. Neftin qiymətini müəyyən edən əsas prinsiplərdən biri tələb və təklif arasındakı balansdır. Təklif azaldıqda, digər şərtlər dəyişməz qalarsa, qiymət yüksəlir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu ilin avqustunda qlobal neft tədarükü aylıq müqayisədə 1,6 milyon barel azalaraq 100,1 milyon barelə olub. Yaxın Şərqdə təhlükəsizlik riskləri səbəbindən 10 milyon bareldən çox hasilat müvəqqəti olaraq dayandırılıb.

ABŞ Enerji İnformasiya Administrasiyası isə sentyabr ayında neft hasilatının müvəqqəti dayandırılmasının orta hesabla 4,8 milyon barel olduğunu bildirir. Agentlik cari ilin son rübündə bu göstəricinin orta hesabla 4,5 milyon barel olacağını proqnozlaşdırır. Bu rəqəmlər göstərir ki, bazardan milyonlarla barel neftin müvəqqəti çıxarılması qiymətlərin yüksəlməsinə ciddi təzyiq göstərir.

Digər mühüm səbəb dünyada strateji neft ehtiyatlarının azalmasıdır. Ehtiyatlar bazarın gözlənilməz təchizat problemlərinə qarşı əsas "təhlükəsizlik yastığı" rolunu oynayır. IEA-nın məlumatına əsasən, avqustda qlobal neft ehtiyatları 95 milyon barel azalıb. Fevral ayından etibarən ümumi azalma isə 507 milyon barelə olub. Bu, orta hesabla gündə 2,8 milyon barel ehtiyat itkisi deməkdir. Ehtiyatların azalması bazarı daha həssas vəziyyətə gətirir. Yəni gələcəkdə yeni bir münaqişə, boru kəmərində qəza və ya tanker daşımalarında problem yaranarsa, bazarın həmin itkini kompensasiya etmək imkanları azalır.

IEA bildirir ki, Hörmüz boğazının bağlanması nəticəsində daşıma riskləri artdıqca tankerlərin sığortası və digər nəqliyyat xərcləri də yüksəlir. Bu isə neftin son alıcı üçün maya dəyərini artırır.

Qiymət artımının digər səbəbi ABŞ-nin Meksika körfəzindəki neft hasilatına təsir edən qasırğa təhlükəsidir. Oktyabrın əvvəlində qasırğa səbəbindən Meksika körfəzində neft hasilatının 25 faizdən çoxu müvəqqəti dayandırılıb. Bu da dünya bazarında onsuz da gərgin olan təklif balansına əlavə təzyiq yaradıb.

Dünya bazarında neftin qiymətinin artmasını yalnız bir səbəblə izah etmək mümkün deyil. Hazırkı bahalaşmanın arxasında əsasən Yaxın Şərqdə geosiyasi gərginlik, Hörmüz boğazında daşımaların təhlükə altına düşməsi, hasilatın milyonlarla barel azalması, qlobal ehtiyatların 507 milyon barel azalması və ABŞ-də hava şəraitinin hasilata təsiri dayanır. Əsas məsələ isə bazarın psixoloji reaksiyasıdır. Neftin faktiki çatışmazlığı ilə yanaşı, gələcəkdə çatışmazlıq yarana biləcəyi qorxusu da qiymətləri yüksəldir. Buna görə də geosiyasi vəziyyət sabitləşmədiyi və neft təchizatının əvvəlki səviyyəyə tam qayıtması təmin olunmadığı müddətdə qiymətlərin yüksək və dəyişkən qalması ehtimalı böyükdür.

IEA 2026-cı ildə qlobal neft təklifinin orta hesabla 100,7 milyon barel olacağını və əvvəlki illə müqayisədə 5,7 milyon barel azalacağını proqnozlaşdırır. Eyni zamanda, agentlik bu ilin son rübündə "Brent" markalı neftin orta qiymətinin 105 dollar səviyyəsində olacağını proqnozlaşdırıb.

Beləliklə, neft bazarında qiymətlərin gələcək istiqaməti əsasən Yaxın Şərqdə münaqişələrin gedişindən, Hörmüz boğazından neft daşımalarının bərpasından və hasilatın nə qədər sürətlə əvvəlki səviyyəyə qayıtmasından asılı olacaq.

Paylaş

Xəbər lenti

II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər Bu gün, 19:48 Neft qiymətləri yenidən kəskin yüksəlib Bu gün, 19:48 "Baku TV": Prezidentin səfərinin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsidir Bu gün, 19:48 "Baku TV": Azərbaycan-Türkmənistan əlaqələri yeni məhələyə qədəm qoyub Bu gün, 19:48 "Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb Bu gün, 19:48 III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib Bu gün, 18:48 Pensiyalarda yeni indeksasiya: Kimin təqaüdü daha çox artacaq? Bu gün, 18:48 Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb Bu gün, 18:48 TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır Bu gün, 18:48 Bakıda maşın qadın və azyaşlını piyada keçidində vurdu - TƏBİB-dən AÇIQLAMA/ANBAAN VİDEO Bu gün, 17:48 Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb Bu gün, 17:48 Azərbaycandan Gürcüstana qiymətli metal keçirmək istədi - "Qırmızı körpü"də saxlanıldılar Bu gün, 17:48 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib Bu gün, 17:48 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış Bu gün, 17:48 MKA: Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur Bu gün, 17:48 Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başlayıb Bu gün, 17:48 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü Bu gün, 17:48 Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb Bu gün, 17:48 İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib Bu gün, 17:48 Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb Bu gün, 16:48 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi Bu gün, 16:48 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi Bu gün, 16:48 Ət yeməmək kimlər üçün risklidir? - Həkim açıqladı Bu gün, 16:48 Estoniya XİN rəhbəri: NATO Rusiyanın Baltik dənizinə çıxışını saatlar ərzində bağlaya bilər Bu gün, 16:48 Yol polisi dəhşətli qəzada xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb - ANBAAN VİDEO Bu gün, 16:48 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? Bu gün, 15:48 Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verilib Bu gün, 15:48 Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb Bu gün, 15:48 Dövlət Statistika Komitəsinə yeni TƏYİNAT - SƏRƏNCAM Bu gün, 15:48 TƏBİB-in informasiya sistemlərində problem yaranıb - RƏSMİ CAVAB Bu gün, 15:48 Məşhur Hindistan aktyoru 75 yaşında vəfat edib Bu gün, 14:48 Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar Bu gün, 14:48 Avropa Komissiyası: Qaz və "yaşıl enerji" Aİ və Azərbaycan əməkdaşlığının mərkəzində qalacaq Bu gün, 14:48 Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub Bu gün, 14:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Ağkəndin deportasiya və etnik təmizləmə tarixi Bu gün, 14:48 AİİB Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılmasını təsdiqləyib Bu gün, 14:48 Tovuzda sosial şəbəkələrdə təhqirə görə 7 min manat mənəvi ziyan ödəniləcək Bu gün, 13:48 Binədə qətl törədən şəxsə məhkəmə 16 il 6 ay cəza verdi Bu gün, 13:48 İstanbul Hava Limanı Hitrounu geridə qoydu Bu gün, 13:48 Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb Bu gün, 13:48 Sezen Aksu xəstəxanaya yerləşdirilib – biopsiya olunub Bu gün, 13:48 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 13:48 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı Bu gün, 13:48 Binəqədi yolundan keçən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - 15:00-dan... Bu gün, 12:48 Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir? Bu gün, 12:48 İstanbulda bina çöküb, ölən var Bu gün, 12:48 Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub Bu gün, 12:48 Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR