Dünən, 23:48 61

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlər dinamik şəkildə inkişaf edir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı və müntəzəm qarşılıqlı səfərlər əlaqələrin səviyyəsini daha da artırır.

AVESTA.AZ xəbər verir ki, bu fikirləri "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. Azərbaycanın dövlət başçısı İlham Əliyev görüşdə iştirak etmək üçün həmin gün Türkmənistana işgüzar səfər etdi: "Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illər Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir. Siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir. İkitərəfli münasibətlərlə yanaşı, bu əlaqələr getdikcə daha geniş regional əməkdaşlıq formatında da yeni məzmun qazanır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib: "İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb. Azərbaycanın Məşvərət görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib. Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən 5-ci, 2024-cü ildə isə Astanada keçirilən 6-cı Məşvərət görüşündə fəxri qonaq qismində iştirak və çıxış edib. Bu iştirak Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqa və regional əməkdaşlıq proseslərinə artan marağının göstəricilərindən biri olub.

Ötən ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 7-ci Məşvərət görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakı barədə qərarın qəbul edilməsi münasibətlərin institusional baxımdan yeni mərhələyə keçməsinə şərait yaradıb. Bununla da əvvəllər "C5" formatında olan əməkdaşlıq platforması Azərbaycanın iştirakı ilə faktiki olaraq "C6" formatında daha geniş regional məzmun qazanıb".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında bir daha diqqəti bu reallıqlara yönəldib. Bildirib ki, keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir: "Mərkəzi Asiyanın enerji potensialı ilə Azərbaycanın beynəlxalq enerji infrastrukturu arasında əlaqələrin genişləndirilməsi yeni əməkdaşlıq imkanları üçün zəmin formalaşdırır. Enerji resurslarının yeni bazarlara çıxarılması, ötürülmə imkanlarının artırılması və müxtəlif nəqliyyat marşrutlarının bir-birini tamamlaması region ölkələrinin qarşılıqlı maraqlarını gücləndirir. Bu baxımdan nəqliyyat və enerji layihələrinin paralel inkişafı Xəzər üzərindən daha geniş iqtisadi əməkdaşlıq modelinin formalaşmasına şərait yarada bilər. Enerji əməkdaşlığının yeni istiqamətləri sırasında elektrik enerjisi və yaşıl enerji layihələri də xüsusi yer tutur. Bu sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionun yeni enerji bazarlarına inteqrasiyasına töhfə verə bilər. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər nəqliyyat və enerji ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi istiqamətlər də əməkdaşlığın gündəliyində mühüm yer tutur. Məşvərət görüşləri çərçivəsində dövlət başçıları arasında keçirilən ikitərəfli görüşlər isə bu istiqamətlər üzrə konkret sazişlərin, memorandumların və birgə layihələrin müzakirəsi üçün əlavə imkan yaradır".

Deputat bildirib ki, dövlət başçısı İlham Əliyev Məşvərət görüşündəki çıxışında "Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq" söyləyərək onu da qeyd etdi ki, əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır.

V.Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin oktyabrın 8-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşünə yönəldərək bildirib ki, Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlığa, dostluğa və ortaq dəyərlərə söykənərək, sürətlə inkişaf edir, daha da möhkəmlənir. Son illər həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər əlaqələrin daha da inkişafını şərtləndirir. Bu əlaqələr həm də qlobal aktuallıq kəsb edən məsələləri əhatə edərək, hər iki dövlətin milli maraq və mənafelərinin qorunmasına yönəlib.

"Bir sözlə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın gündəliyi nəqliyyat və enerji layihələrindən başlayaraq ticarət, investisiya, ekologiya, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm və humanitar əlaqələrə qədər geniş spektri əhatə edir. Bu çoxşaxəli yanaşma tərəfdaşlığın yalnız cari iqtisadi maraqlara deyil, həm də uzunmüddətli və dayanıqlı əməkdaşlıq prinsiplərinə əsaslanması üçün imkanlar yaradır", - deputat vurğulayıb.

Paylaş

Xəbər lenti

Ronaldunun anası danışdı: "Oğlum Portuqaliya üçün həmişə qəhrəman olaraq qalacaq" Bu gün, 00:48 Hadrutun işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır Dünən, 23:48 Putin: Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb Dünən, 23:48 Azərbaycanda ictimai birliyin sədri və məsul əməkdaşı həbs edildilər Dünən, 23:48 Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb Dünən, 23:48 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər Dünən, 23:48 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır Dünən, 22:48 Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb Dünən, 22:48 Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib Dünən, 22:48 AFFA FIFA ilə bağlı islahat çağırışını dəstəkləməyən yeganə assosiasiya olub Dünən, 22:48 Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır Dünən, 22:48 Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub Dünən, 21:48 Bakıda polisllər baş verə biləcək bədbəxt hadisənin qarşısını vaxtında aldılar Dünən, 21:48 Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib Dünən, 21:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb Dünən, 21:48 Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir Dünən, 20:48 "Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir Dünən, 20:48 TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq Dünən, 20:48 Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyub Dünən, 20:48 AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir Dünən, 20:48 II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər Dünən, 19:48 Neft qiymətləri yenidən kəskin yüksəlib Dünən, 19:48 "Baku TV": Prezidentin səfərinin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsidir Dünən, 19:48 "Baku TV": Azərbaycan-Türkmənistan əlaqələri yeni məhələyə qədəm qoyub Dünən, 19:48 "Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb Dünən, 19:48 III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib Dünən, 18:48 Pensiyalarda yeni indeksasiya: Kimin təqaüdü daha çox artacaq? Dünən, 18:48 Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb Dünən, 18:48 TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır Dünən, 18:48 Bakıda maşın qadın və azyaşlını piyada keçidində vurdu - TƏBİB-dən AÇIQLAMA/ANBAAN VİDEO Dünən, 17:48 Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb Dünən, 17:48 Azərbaycandan Gürcüstana qiymətli metal keçirmək istədi - "Qırmızı körpü"də saxlanıldılar Dünən, 17:48 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib Dünən, 17:48 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış Dünən, 17:48 MKA: Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur Dünən, 17:48 Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başlayıb Dünən, 17:48 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü Dünən, 17:48 Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb Dünən, 17:48 İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib Dünən, 17:48 Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb Dünən, 16:48 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi Dünən, 16:48 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi Dünən, 16:48 Ət yeməmək kimlər üçün risklidir? - Həkim açıqladı Dünən, 16:48 Estoniya XİN rəhbəri: NATO Rusiyanın Baltik dənizinə çıxışını saatlar ərzində bağlaya bilər Dünən, 16:48 Yol polisi dəhşətli qəzada xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb - ANBAAN VİDEO Dünən, 16:48 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR