Bu gün, 11:48 67

Kim dövlət qulluqçusu ola bilməyəcək? - Qanun qəbul edildi

Milli Məclis "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsini üçüncü oxunuşunda qəbul edib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxs müsabiqədə iştirak etmədən bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə bilər.

Sənədə əsasən, bunun üçün həmin şəxs dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət göndərərək, tələb olunan sənədləri təqdim etməlidir. Bundan sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Onun stajorluq və sınaq müddəti ərzində qulluq keçməsi və daimi əsaslarla inzibati vəzifəyə təyin edilməsi ilə bağlı məsələlər bu məcəllənin 29-cu maddəsi (vakant vəzifəyə təyin edilmə) ilə tənzimlənir.

Həmçinin yardımçı vəzifələrin tutulması müvafiq dövlət orqanı rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş əsasında həyata keçirilir.

Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti 3 klasterdə birləşən 9 səriştə əsasında qiymətləndiriləcək.

Sənədə əsasən, nəticəyönümlülük klasterinə məlumatların idarə edilməsi və qərarvermə, nəticələrin əldə edilməsi, peşəkar inkişaf və dəyişikliklərə açıqlıq səriştələri daxildir.

Başqaları ilə işləmək klasterində kommunikasiya, emosional zəka və komanda işi səriştələri yer alır.

Vətəndaşlara xidmət klasterinə isə cəmiyyət üçün dəyərlərin yaradılması, dürüstlük və etibarlılıq səriştələri daxildir.

Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti bu səriştələrə əlavə olaraq, liderlik klasterində birləşən 3 səriştə üzrə də qiymətləndiriləcək.

Bunlar insanları idarə etmək, strateji düşüncə və başqalarını inkişaf etdirmək səriştələridir.

Bundan başqa, Dövlət Qulluğu haqqında Məcəllənin şamil olunmadığı vəzifələr açıqlanıb.

Sənədə əsasən, bu məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, onun müddəaları Azərbaycan Prezidentinə, Birinci vitse-prezidentə və vitse-prezidentlərə, Milli Məclisin deputatlarına, baş nazirə və onun müavinlərinə, məhkəmələrin hakimlərinə, İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) şamil olunmur.

Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katiblərinə və üzvlərinə, Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Ali Attestasiya Komissiyasının sədrinə və sədr müavininə, Media və Yayım Şurasının sədrinə və digər üzvlərinə də tətbiq edilmir.

Eyni qayda yerli icra hakimiyyəti başçılarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, habelə Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə də aiddir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, sədr müavinləri, katibi və üzvləri, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, habelə hərbi qulluqçular da məcəllənin müddəalarından istisna edilir.

"Dövlət qulluğu sertifikatı" sertifikatının qüvvədə olma müddəti azaldılır.

Sənədə əsasən, "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

"Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, həmçinin din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.

Layihəyə əsasən, aşağıdakı şəxslər sözügedən vəzifəni tuta bilməyəcəklər:

- 65 yaşı tamam olan şəxslər (bu məcəllənin 48.2-ci maddəsi nəzərə alınmaqla);

- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;

- bu məcəllənin 41.1.10-cu maddəsinə əsasən, dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində).

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq son oxunuşda təsdiqlənib.

Paylaş

Xəbər lenti

Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub Bu gün, 11:48 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var Bu gün, 11:48 Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir" Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb Bu gün, 11:48 Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB Bu gün, 11:48 Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb Bu gün, 11:48 Kim dövlət qulluqçusu ola bilməyəcək? - Qanun qəbul edildi Bu gün, 11:48 Apple gizli təqdimata hazırlaşır: Sensorlu ekranlı MacBook Pro gəlir Bu gün, 11:48 MM dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı təkmilləşdirməni qəbul edib Bu gün, 11:48 Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər Bu gün, 11:48 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Bu gün, 00:48 Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun! Bu gün, 00:48 Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR